12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Azərbaycanın güc tətbiqindən başqa yolu qalmayıb - Ekspert
Tarix: 20-04-2023 15:07 | Bölmə: Slayd
Azərbaycanın güc tətbiqindən başqa yolu qalmayıb
Qarabağdakı terrorçu ermənilər

“Rusiya sülhməramlı kontingentinin məsuliyyəti zonası Azərbaycan ərazisidir və burada təhlükəsizliyə onlar cavabdehdir. Eyni zamanda bu ərazi ayrıca dövlətçilik iddiasında olan erməni separatçılarının nəzarətindədir”.

Bunu Reyting.az-a hərbi ekspert Aqil Rüstəmzadə postsovet ölkələrindəki qanunsuz hərbi birləşmələrin yaratdığı problemlərdən danışarkən deyib.

A. Rüstəmzadə xatırladıb ki, Xankəndi şəhərində olan qeyri-qanuni hərbi birləşmə Ermənistandan maliyyələşir və danışıqlara başlamaqdan qəti şəkildə imtina edir:

“Separatçılar 10 minə qədər süngü, “təhlükəsizlik qüvvələri” və “polis”dən ibarət hərbi dəstəyə malikdir. Üstəlik, hərbi qrup atıcı silahlara malik bir-birindən fərqli dəstələr deyil, tək komandanlıq altında artilleriya, zirehli texnika və hətta hava hücumundan müdafiə sistemləri ilə silahlanmış hərbi birləşmədir. “Polis” və “təhlükəsizlik qüvvələri”nin əsas vəzifəsi isə Azərbaycanla reinteqrasiya prosesinə hazır və ya loyal olan insanları müəyyən etməkdir”.

Hərbi ekspert diqqətə çatdırıb ki, Birinci və İkinci Qarabağ müharibələri arasındakı 26 il və ondan sonra təxminən 3 il ərzində Ermənistan rəhbərliyi beynəlxalq auditoriya üçün “sülhpərvərlik” haqqında qışqırsa da, əslində pul, silah və digər vasitələrlə ərazimizdə separatizmi dəstəkləyir: “Belə olduqda Azərbaycanın separatizm problemini həll etmək üçün güc tətbiqindən başqa yolu qalmır”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər