12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Ukrayna yenidən İran PUA-larının hücumuna məruz qalıb
Tarix: 22-04-2023 08:11 | Bölmə: Slayd
Ukrayna yenidən İran PUA-larının hücumuna məruz qalıb

Aprelin 21-i axşam saatlarında Rusiya qoşunları Ukrayna ərazilərinə yenidən hücum edib. Reyting.az Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, rusların hücumu İran istehsalı olan pilotsuz təyyarə (PUA) ilə olub.

Ukrayna Hərbi Hava Qüvvələrinin bəyanatında deyilir ki, 2023-cü il aprelin 21-də axşam saat 19:00 radələrində düşmən “Şahed-136/131” kamikadze pilotsuz təyyarələri ilə cənub-şərqdən Ukraynaya hücum edib.

Məlumata görə, hücumda istifadə edilən beş “Şahed-136/131” kamikadze təyyarəsindən dördü vurulub.

ELÇİN




Bölməyə aid digər xəbərlər