12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Ermənistanda qadınları da tezliklə hərbi xidmətə çağıracaqlar
Tarix: 22-04-2023 11:06 | Bölmə: Slayd
Ermənistanda qadınları da tezliklə hərbi xidmətə çağıracaqlar

Ermənistan hökumətinin son iclasında baş nazir Nikol Paşinyan guya ki, erməni qadınlarının çoxsaylı müraciətlərini nəzərə alaraq, qadınların da hərbi xidmətə çağırılması barədə qanun layihəsinin hazırlanması barədə qərar qəbul edib. İclasda müdafiə naziri Papikyan bildirib ki, erməni qadınlarının könüllü olaraq 6 aylıq hərbi xidmətə çağırılmaları haqqında təkliflər paketini təsdiqlənməsi üçün parlamentə göndərməyə hazırlaşır.

Reyting.az
xəbər verir ki, bunu BDU-nun Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru İsmayıl Tanrıverdi bildirib.

Mərkəz direktoru əlavə edib ki, nazir Papikyan qadınların “könüllü olaraq 6 ay müddətinə məcburi hərbi xidmətə çağırılacağını” söyləyib. Bu cümləni başa düşməyən Paşinyan nazirdən geniş izahat verməsini tələb edib. Papikyan isə bildirib ki, qadınlar könüllü müraciət etsələr də, xidmət məcburi olacaq.

Sonra məlum olub ki, 6 aylıq məcburi xidmətin sonunda hər bir qadına 1 milyon erməni dramı (təxminən 2500 $) məvacib veriləcək. Əgər onların arasında orduda qalmaq istəyənlər olarsa, onda onunla ilkin olaraq 5 illik müqavilə bağlanacaq.

Ermənistan hökumətinin bu qərarının icrasına bu ilin qış hərbi çağırışında başlamaq nəzərdə tutulub.

Xatırladaq ki, Ermənistanda qadınların hərbi xidmətə çağırılması təklifləri ilk dəfə 44 günlük müharibədən sonra səsləndirilib və sonradan bu məsələ gündəmdə saxlanılıb.

Onu da qeyd edək ki, hərbi ekspert Azad İsazadə hələ bir müddət əvvəl Reyting.az-a bildirmişdi ki, Ermənistanda faktiki olaraq hərbi çağırışçılar orduda tələb olunan sayı formalaşdırmır, buna səbəb isə insan resursudur. Bu səbəbdən gec-tez bu ölkədə qadınlar da orduya cəlb olunacaqlar.

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər