12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Ermənilər Qarabağda yenidən minalar basdırır - Fotolar
Tarix: 22-04-2023 23:17 | Bölmə: Slayd
Ermənilər Qarabağda yenidən minalar basdırır

Aprelin 22-si saat 17:00 radələrində Şuşanın Allahqulular kəndi ətrafındakı yüksəkliklərdə yerləşən mövqelərimizə təminat vasitələrini daşıyan Azərbaycan Ordusunun hərbi yük maşınının ermənilər tərəfindən basdırılmış minaya düşərək partladığı əraziyə baxış keçirilib.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Mühəndis-istehkam bölmələrimiz tərəfindən keçirilən axtarış zamanı həmin ərazidə 2021-ci ildə Ermənistanda istehsal olunmuş bir neçə ədəd tank əleyhinə və xeyli sayda piyada əleyhinə mina aşkar edilib.

Nazirlik bir daha bəyan edir ki, Azərbaycanın Qarabağ iqtisadi rayonuna Ermənistandan hərbi yüklərin daşınması dərhal dayandırılmalı, qeyri-qanuni erməni silahlı dəstələrinin ən qısa müddətdə ərazimizdən çıxarılması təmin olunmalıdır.







Bölməyə aid digər xəbərlər