12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Laçın-Xankəndi yolunda etiraz aksiyası davam etdirilir - Fotolar
Tarix: 23-04-2023 11:26 | Bölmə: Slayd
Laçın-Xankəndi yolunda etiraz aksiyası davam etdirilir

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

Reyting.az
APA-ya istinadla bildirir ki, ictimai fəallar aksiyanı gecə boyu da davam etdirib.

Xatırladaq ki, aksiya ötən il dekabrın 12-dən başlayıb, 133 gündür davam edir.

Onu da qeyd edək ki, Laçın-Xankəndi yolunda etiraz aksiyası keçirilməsinə baxmayaraq, Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.

Xankəndindən gələn minik və yük avtomobilləri aksiya keçirilən yoldan keçid edərək Laçın istiqamətinə gedib.

Bu gün RSK- ya məxsus ümumilikdə 20-yə yaxın avtomobilin maneəsiz keçidi reallaşıb.







Bölməyə aid digər xəbərlər