12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Dünya ölkələri sürətlə silahlanır: hərbi və müdafiə xərcləri 2,224 trilyon dollara çatıb
Tarix: 24-04-2023 11:47 | Bölmə: Slayd
Dünya ölkələri sürətlə silahlanır: hərbi və müdafiə xərcləri 2,224 trilyon dollara çatıb

2022-ci ildə ölkələrin müdafiə xərcləri son səkkiz ilin ən yüksək həddinə çatıb.

Reyting.az
xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) araşdırmasında bildirilir.

SIPRI-nin statistikasına görə, qlobal hərbi xərclər 2022-ci ildə 3,7 faiz artaraq rekord həddə - 2,224 trilyon dollara çatıb. Eyni zamanda, qlobal müdafiə xərclərinin 2013-cü ildən 2022-ci ilə qədər olan dövrlə müqayisədə 19 faiz artdığı qeyd edilir. Bildirilir ki, bu məbləğ 2015-ci ildən bəri hər il artır.

ABŞ, Çin, Rusiya, Hindistan və Səudiyyə Ərəbistanı hərbi xərclərdə dünya liderləridir. Bu ölkələrin dünya hərbi-sənaye kompleksi xərcləri təxminən 63 faizi təşkil edirdi.

Araşdırmaya görə, müdafiə xərclərinin əhəmiyyətli dərəcədə artması ilk növbədə Ukraynadakı münaqişə ilə bağlıdır. Eyni zamanda, Avropanın Kiyevə yardımı, habelə Rusiya Federasiyasının xərclərini artırması bir sıra dövlətləri hərbi büdcələrinə də yenidən baxmağa məcbur edib. ABŞ-ın müvafiq xərcləri 0,7 faiz artaraq 877 milyard dollara çatıb. Vaşinqtonun Kiyevə ümumi hərbi yardımı isə 19,9 milyard dollar təşkil edib. Çin 28 il ərzində müdafiə büdcəsini tədricən artırır ki, bu da rekord göstəricidir. Hesabata görə, onun büdcəsi 292 milyard dollardır.

Mütəxəssislərin fikrincə, Rusiya Federasiyasının hərbi xərcləri 9,2 faiz artaraq 86,4 milyard dollara çatıb (eyni zamanda, hesabatda Rusiya hakimiyyətinin rəsmi məlumatlarının az olması səbəbindən Rusiya ilə bağlı məlumatların qeyri-dəqiq ola biləcəyinə dair xəbərdarlıq var).

Ukraynanın hərbi xərcləri 640 faiz artıb ki, bu da 1949-cu ildən bəri bir ölkədə ən yüksək artımdır. Yeni araşdırmaya görə, Ukraynanın müdafiə büdcəsi 44 milyard dollar təşkil edib. Amma Kiyevə başqa ölkələrdən yardım bura daxil edilməyib.

2022-ci ildə Avropanın hərbi xərcləri 13 faiz artaraq 480 milyard dollara çatıb ki, bu da son 30 ilin ən yüksək artımıdır. Regionda rekord səviyyələrin əldə edilməsinə əhəmiyyətli təsir bir sıra Avropa ölkələrində, xüsusən də Rusiya və Ukraynada artan xərcləri təmin edib. Hesabata görə, Avropa İttifaqı ölkələri arasında ən çox hərbi xərclərini Finlandiya (36%), Litva (27%), İsveç (12%) və Polşa (11%) artırıb.

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər