12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Musabəyov: "Yeni komandan Qarabağdakı hərbi kontingentdə nizam-intizam yaratmalıdır"
Tarix: 27-04-2023 09:25 | Bölmə: Slayd
Musabəyov: "Yeni komandan Qarabağdakı hərbi kontingentdə nizam-intizam yaratmalıdır"

"Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinə Rusiya müdafiə nazirinin keçmiş müşaviri Lentsov rəhbərlik edəcək. Sual olunur ki, niyə 2 min nəfərlik hərbi hissəyə general-polkovnik komandanlıq etməlidir? Halbuki hansısa polkovnik hava-desant briqadalarına da rəhbərlik edə bilər".

Bunu Reyting.az-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

Musabəyov fikrincə, Lentsov çiyinlərindəki ulduzlarla çətin ki, Azərbaycanın hərbi-siyasi rəhbərliyini heyran edə bilsin.

Musabəyov əlavə edib ki, yeni komandan Lentsov adı korrupsiyada hallanmış Qarabağdakı hərbi kontingentin zabit və şəxsi heyətini qaydaya salmalı, nizam-intizam yaratmalıdır. Çünki general Volkovun rəhbərliyi altında bu qüvvələr tənəzzül edirdi.

ELÇİN




Bölməyə aid digər xəbərlər