16:47 / 15-06-2025
Hidayət Heydərov ilk görüşdə məğlub olub
13:19 / 15-06-2025
Sabah leysan yağacaq, güclü külək əsəcək
13:10 / 15-06-2025
Şıx çimərliyində iki nəfər boğulub - Video
12:59 / 15-06-2025
Prezident yeni səfirlərin etimadnamələrini qəbul edib - Fotolar
10:00 / 15-06-2025
Mehriban Əliyeva Mlli Qurtuluş Günü ilə bağlı fotolar paylaşıb
09:14 / 15-06-2025
Vəhdət Partiyasının sədri dəyişib - Fotolar
08:50 / 15-06-2025
İranın zərbəsindən sonra İsraildə tədqiqat mərkəzi yanıb
00:49 / 15-06-2025
İlham Əliyev Milli Qurtuluş Günü münasibətilə paylaşım edib - Foto
00:16 / 15-06-2025
İranda daha bir general həlak olub
00:07 / 15-06-2025
Bu gün Milli Qurtuluş Günüdür
20:24 / 14-06-2025
Ərdoğan İlham Əliyevə zəng edib
19:00 / 14-06-2025
AZAL uçuşların sayını artırır
18:57 / 14-06-2025
İlham Əliyev krala məktub göndərib
18:19 / 14-06-2025
İranın 20-dən çox komandanı zərərsizləşdririlib
18:07 / 14-06-2025
Lənkəranda yeniyetmə dənizdə boğulub
17:50 / 14-06-2025
Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam olunub
16:01 / 14-06-2025
Ceyhun Bayramov Hakan Fidanla telefonda danışıb
15:09 / 14-06-2025
Azərbaycan və İran XİN başçıları telefonda müzakirə aparıblar
14:29 / 14-06-2025
İranın 9 nüvə alimi öldürülüb - Siyahı
13:32 / 14-06-2025
Hikmət Hacıyev: "Azərbaycan Avropa İttifaqı və Çin arasında vacib birləşdirici tərəfdir"
12:36 / 14-06-2025
Sabah yağış yağacaq
11:49 / 14-06-2025
İranın Baş Qərargah rəisinin iki müavini həlak olub
08:51 / 14-06-2025
Əcnəbilər İrandan Azərbaycana keçərək təxliyə olunur - Fotolar
08:07 / 14-06-2025
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
07:38 / 14-06-2025
Bu gün orta məktəblərdə “Son zəng” çalınacaq
23:40 / 13-06-2025
Putin Pezeşkian və Netanyahu ilə telefon danışıqları aparıb
22:31 / 13-06-2025
İran İsrailə raket hücumuna başlayıb
21:20 / 13-06-2025
Şəmkirdə iki nəfər kanalda batıb
19:03 / 13-06-2025
Müğənninin itkin düşən qardaşı oğlu tapılıb
13:40 / 11-06-2025

18:45 / 10-06-2025

08:07 / 14-06-2025

14:57 / 12-06-2025

07:27 / 12-06-2025

07:17 / 12-06-2025

07:23 / 13-06-2025

21:06 / 11-06-2025

17:06 / 13-06-2025

22:53 / 11-06-2025

21:38 / 12-06-2025

15:00 / 11-06-2025

Niyə Azərbaycanda sabitlik Çinin prioritetinə çevrilib?
Tarix: 27-04-2023 10:53 | Bölmə: Slayd

Çin Azərbaycanda sabitliyə böyük əhəmiyyət verir. Ukrayna müharibəsi Çinin Avropaya quru yolunu bağlayanda Bakı və onun qonşuları həyati əhəmiyyət kəsb edən alternativ marşruta üz tutdular. Lakin Pekinin opponentləri bu variantı da əngəlləməyə cəhd edə bilərlər.
Reyting.az xəbər verir ki, bu barədə “The Cradle” yazıb.
Təhlildə qeyd olunur:
Ukraynada müharibə başlayandan bəri Pekinin Avropaya gedən şimal ticarət marşrutu xeyli azalıb və bu, Cənubi Qafqazdan keçən Orta Dəhliz marşrutunu Çin və Avropa İttifaqı arasında ticarət üçün təbii alternativə çevirib. Lakin Azərbaycanda münaqişə ehtimalı Çinin geoiqtisadi layihələri üçün əsas yolu relsdən çıxara bilər.
Pekinin 2013-cü ildə “Bir Kəmər-Bir Yol” Təşəbbüsünü irəli sürməsindən sonra iqtisadi əlaqələrin sürətlə genişləndiyi Azərbaycan və Çin arasında münasibətlər 31 il əvvələ gedib çıxır və Azərbaycanın ilk dəstək verdiyi ölkələrdən biridir. Çin uzun müddətdir ki, öz geoiqtisadi tərəfdaşlıqlarını şaxələndirməyə çalışır, xüsusən, söhbət Asiya ilə Avropa arasındakı ticarət yollarından gedirsə, Azərbaycan bugünkü ən mühüm marşrutun - Orta Dəhlizinin mərkəzində yerləşdirir.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi tanınan Orta Dəhlizin Mərkəzi Asiya ilə Avropa arasında ən sürətli ticarət dəhlizinə çevriləcəyi nəzərdə tutulurdu. Yol Çindən, Qazaxıstandan, Xəzər dənizindən, Azərbaycandan və Gürcüstandan keçərək Türkiyəyə çatır və bu o deməkdir ki, Azərbaycana öz rolunu oynaması naminə lazımi infrastrukturu inkişaf etdirmək üçün böyük investisiyalar daxil olub.
2034-cü ilə qədər hər il 3 milyon sərnişin və 17 milyon ton yük daşınması planlaşdırılır. Bakı-Tbilisi-Qars dəmir yolu bu məqsədə çatmaq üçün genişləndirilən müxtəlif infrastruktur layihələrindən biridir. Bundan əlavə, Bakı ilə Pekin arasında ikitərəfli ticarətin həcmi 2014-cü ildəki 760 milyon dollardan 2019-cu ildə 2,2 milyard dollara yüksəlib. Həmçinin, 2021-ci ildə Çin Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşı olub və bu, Pekinin Cənubi Qafqaz regionunda Azərbaycanın əsas ticarət tərəfdaşı kimi mövqeyini möhkəmləndirib.
İlin əvvəlindən Çin və Azərbaycanın biznes sektorları enerji, infrastruktur və tikinti sahələrində sərmayə qoyuluşu sahəsində əməkdaşlığı müzakirə etməyə tələsdilər. Diplomatik müstəvidə Azərbaycan prezidenti İlham Əliyev mart ayında Çinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbo ilə görüşərək əməkdaşlıq məsələlərini müzakirə edib.
2016-cı ildə Çin Beynəlxalq Tədqiqatlar İnstitutundan (CIIS) Bai Lianli yazıb ki, “Çin və Azərbaycanın oxşar inkişaf strategiyaları var” və “onlar qarşılıqlı asılılığa böyük önəm verirlər, Qərb və Şərqlə münasibətlərini tarazlaşdırırlar. Çin dəniz limanlarına diqqət yetirməkdən hərtərəfli quru və dəniz açıqlığına keçir. Bu paralel strategiyalar ikitərəfli əməkdaşlıq üçün tarixi imkanlar yaradır".
Lianli o zaman Bakı və Pekinin təbii tərəfdaş olduğunu açıq şəkildə bildirərək, əlaqələrin Azərbaycanda bu günə qədər mövcud olan Şərq və Qərb arasında sabitlik sütunu və qüvvələr balansına əsaslandığını vurğulamışdı.
Çin Azərbaycana etibarlı tərəfdaş kimi arxalana bilərmi?
Ötən ilin sonunda Şanxay Beynəlxalq Araşdırmalar İnstitutunda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Konfrans Mərkəzi Araşdırma Forumunun (CICA) 10-cu iclası keçirilib. 15 ölkədən, o cümlədən Azərbaycandan olan tədqiqatçılar Asiyada, xüsusilə çoxqütblülüyün bu yeni dövründə ərzaq və enerji təhlükəsizliyinin təmin edilməsi üçün əlverişli yolları müzakirə etmək üçün dəvət olunublar. “Bir Kəmər-Bir Yol” Təşəbbüsü çərçivəsində Pekin Orta Dəhlizə böyük sərmayə qoyur və təkcə Azərbaycanda deyil, həm də bu il dəmir yollarına böyük diqqət yetirildiyi Qazaxıstan kimi ölkələrdə infrastrukturu inkişaf etdirir.
Ukraynada müharibənin başlaması ilə Avropa İttifaqının şimalı ilə Çin arasında Rusiyadan keçən quru yolu xeyli azalıb və Qərbin Moskvaya təzyiqi nəticəsində baha başa gəlib, bu da Avropaya gedən yolda Orta Dəhlizi hələlik yeganə həyati əraziyə çevirib. Pekin, həmçinin, dəniz zolaqlarını daha səmərəli, daha bahalı olsa da, yol nəqliyyatı variantı ilə əvəz etməyə ümid edir. Lakin Azərbaycanın enerji mərkəzi olmaq ambisiyasına baxmayaraq, onun böyük ambisiyaları baha başa gəlir. Ambisiyalardan biri də iki əsas regional müttəfiqi olan İsrail və Türkiyəni qane etməkdir.
“WikiLeaks”-in dərc etdiyi məxfi sənədlərdə məlum olub ki, Azərbaycan prezidenti İlham Əliyev ölkəsinin son illərdə həmişəkindən daha çox ictimailəşən İsraillə münasibətlərini “aysberqin onda doqquzu sular altında qalıb” kimi dəqiq təsvir edib. Təl-Əvivə enerji tədarükü müqabilində Bakıya silah satışına əsaslanan bu münasibət ictimaiyyətə ciddi xəbərdarlıqlar tələb edir.
Əsas problem qonşu İrana qarşı hücum fəaliyyətində İsrail-Azərbaycan əməkdaşlığı potensialıdır. Bu ilin əvvəlindən onun hələ də lazımınca həllini tapmamış əsas məsələ olduğu göstərilib.
2012-ci ildə "Foreign Policy" jurnalında dərc olunan məqalədə ABŞ rəsmilərinə istinadla İsrailin İslam Respublikasına hücum edə biləcəyi bazalara çıxış əldə etdiyi bildirilirdi. Amma Tehran üçün ən böyük problem Bakının İranın şimalındakı separatçı qruplara dəstək vermə ehtimalı və İsrail kəşfiyyatının əməliyyatlarıdır.
Nəzəri cəhətdən İranla Azərbaycan arasında hərtərəfli müharibə ehtimalı mövcud ola bilər, lakin buna mane olan bir sıra amillər var. Birinci amil odur ki, müharibə İsrailin ucuz enerjiyə çıxışını məhdudlaşdıra bilər, çünki o, hazırda enerji tələbatının ən azı 40 faizini Azərbaycan vasitəsilə ödəyir və keçən ildən Rusiyadan enerji əldə etmək çətinləşdiyinə görə Bakıya daha çox bel bağlamağa çalışır. İsrailin Azərbaycanı müharibəyə tərəf sövq etməsi Türkiyəni qəzəbləndirə bilər, çünki bu, onun Orta Dəhlizdə iştirakı ilə əldə ediləcək konteyner daşıma mərkəzi olmaq məqsədinə mane olacaq.
Çinin Ankaranın bölgədə sabitliyi poza biləcək türk millətçi gərginliyini qızışdırması ehtimalından ehtiyatlandığına dair əlamətlər də var. Son illərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avrasiyada türk millətçiliyinə əsaslanan aqressiv dönüşdə ittiham olunur və Çinin Sincan bölgəsində “Şərqi Türküstan İslam Hərəkatı” ilə hələ də mövcud problemlərini nəzərə alaraq, Çin bunu çox ehtiyatla izləyir. 1990-cı ilə qədər türk millətçiliyi məsələsi ilə bağlı yalnız bir neçə Çin akademik jurnalı nəşr olunurdu, lakin 1991-2014-cü illər arasında Çində bu mövzuda 1332 akademik məqalə dərc olunub. Türk əsilli insanları birləşdirməyə çalışan separatçı hərəkatın meydana çıxması regionun bir çox ölkəsi üçün təhlükə yarada bilər, lakin hələlik türk millətçiliyi ilə mübarizə aparan hərəkatın kiçik terror qrupları ilə məhdudlaşdığı və Azərbaycanın da bu istiqamətdə fəaliyyət göstərdiyi görünmür, o hələ türk imperiyası vizyonuna doğru tələsmir.
Potensial təhlükəsizlik riskləri ilə bağlı bütün bu suallar Azərbaycan və Ermənistan arasındakı münaqişəni qeyd etmədən tam olmazdı, çünki sərhəddə iki tərəf arasında atışma fasilələrlə davam edir. Beynəlxalq Məhkəmə hətta fevral ayında ermənilərin regiona çatması üçün yeganə quru yolu olan Laçın dəhlizini açmaqdan imtina etdikdən sonra Azərbaycana Qarabağda hərəkət azadlığına icazə verməyi əmr etmişdi. Azərbaycan həm də Rusiyanın Hindistanla inkişaf edən ticarət yolunun bir hissəsi olduğundan, Bakının hazırkı “yeni soyuq müharibə”də iştirak edən bütün tərəflərlə saxladığı səmimi münasibətləri pozmaq üçün potensial cəhdlərə dair əlavə qorxular var, bu da narahatlıq doğurur.
Bayden administrasiyası Qlobal İnfrastruktur və İnvestisiya üzrə Tərəfdaşlıq (PGII) vasitəsilə Çinin “Bir Kəmər-Bir Yol” Təşəbbüsünə qarşı çıxmağa başlayanda, Vaşinqton da Orta Dəhlizi sabotaj etməkdə maraqlı ola bilər.
ABŞ 2022-ci ilin yanvarında Qazaxıstanda “rəngli inqilab”ın alovlanmasında iştirakda ittiham olunurdu. Ona görə də bəziləri hesab edir ki, Bakıda da iğtişaşları alovlandırmaq Vaşinqtonun marağındadır, çünki Azərbaycan münaqişələrə daha çox meyllidir. Çin və Azərbaycan arasında münasibətlərin sütunlarından biri sabitlikdir və sabitlik pozulacağı təqdirdə Avrasiyadakı iri layihələr üçün dəhşətli nəticələrə gətirib çıxaracaq.
Y. QACAR
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 13:19
Sabah leysan yağacaq, güclü külək əsəcək
Dünən, 20:24
Ərdoğan İlham Əliyevə zəng edib
Dünən, 14:29
İranın 9 nüvə alimi öldürülüb - Siyahı
Dünən, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 22:31
İran İsrailə raket hücumuna başlayıb
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
13-06-2025, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir
4-06-2025, 11:10
Rusiyaya qarşı daha sərt sanksiya hazırlanıb
4-06-2025, 10:13
Azərbaycan və Ermənistanın dövlət komissiyaları arasında görüş olub
4-06-2025, 08:08
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)
3-06-2025, 17:32
Məhkəmələrə hakimlər təyin edilib - (Siyahı)
3-06-2025, 17:26
Dünyanın bir hissəsi su altında qalacaq
3-06-2025, 15:18
Müharibə daha təhlükəli fazaya keçib
3-06-2025, 12:29
Xaricdə yaşayan daha 7 nəfər haqqında həbs qərarı çıxarılıb