12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Kəşfiyyat Rusiya prezidentinə sui-qəsd etmək istəyib
Tarix: 28-04-2023 10:49 | Bölmə: Slayd
Kəşfiyyat Rusiya prezidentinə sui-qəsd etmək istəyib

Ukrayna kəşfiyyatının Rusiya prezidenti Vladimir Putinə sui-qəsdə cəhd etdiyi iddia olunur.

Reyting.az
-ın xəbərinə görə, Almaniyanın “Bild” qəzeti iddia edir ki, aprelin 23-də Putin Moskva yaxınlığındakı Rudnevo sənaye parkına gəldiyi zaman Ukrayna kəşfiyyatı ona pilotsuz uçuş aparatı (PUA) vasitəsilə sui-qəsd planlaşdırırmış. PUA hədəfə yaxınlaşsa da, Putin obyektə baş çəkməyib.

Qeyd edək ki, Rudnevo sənaye zonasının təxminən 20 kilometr şərqində PUA-nın qəzaya uğraması barədə xəbər Rusiya mətbuatında da öz əksini tapıb.

“Bild” yazır ki, Rusiya hadisəni ört-basdır edir, Kremlin sözçüsü Dmitriy Peskov isə terror cəhdinin yalan olduğunu bildirir.

Buna paralel olaraq İtaliyanın “Respublika” qəzetinin Xerson vilayətindəki ukraynalı əməkdaşı Boqdan Bitik həlak olub. İtalyan müxbir Korrado Zunino isə yaralanıb. Jurnalistlərin Dnepr çayı üzərindəki Antonivski körpüsü yaxınlığında rus snayperlərinin hədəfinə tuş gəldiyi bildirilir. Hücumdan sonra Zuninonun müalicəsinin davam etdiyi, lakin rus snayperlərin qorxusundan Bitikin cəsədinin götürülməsinin mümkün olmadığı qeyd edilir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər