12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Putinin keçmiş sovet ölkəsinə girişi qadağan edilib
Tarix: 28-04-2023 13:31 | Bölmə: Slayd
Putinin keçmiş sovet ölkəsinə girişi qadağan edilib

Rusiya prezidenti Vladimir Putinin Moldovaya girişi rəsmən qadağan edilib.

Reyting.az
xəbər verir ki, bu barədə Moldovanın baş naziri Dorin Rekean ölkəsinin televiziyasına müsahibəsində deyib.

Baş nazirin sözlərinə görə, Moldovada ölkəyə daxil ola bilməyəcək Rusiya vətəndaşlarının “qara siyahısı” var: “Bəzi məmurlar onların bu siyahıya daxil edildiyini yalnız Moldovaya daxil olmaq istəyəndə öyrənirlər”.

Rekan söz verib ki, “qara siyahı” nə vaxtsa ictimaiyyətə açıqlanacaq: “Nə vaxtsa ictimai siyahı hazırlayacağıq, hazırda bu gün işləyən mexanizm kifayətdir”.

Baş nazir qeyd edib ki, ölkəyə girməməli olan heç kim daxil olmayıb.

ELÇİN
Reyting.az




Bölməyə aid digər xəbərlər