12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Yaxın vaxtlarda Qarabağ tam olaraq Azərbaycanın nəzarətinə keçəcək
Tarix: 29-04-2023 10:26 | Bölmə: Slayd
Yaxın vaxtlarda Qarabağ tam olaraq Azərbaycanın nəzarətinə keçəcək

"Hadisələrin gedişi əsas diqqəti Qarabağdakı Rusiya sülhməramlı qüvvələrin müvəqqəti məsuliyyət zonasına, onun ətrafına və Ermənistanla sərhəddə vəziyyətin dəyişdirilməsinə yönəldəcək. Danışıqlar prosesi bu dəyişikliklərə uyğun olacaq".

Reyting.az
-ın xəbərinə görə, bunu politoloq İlqar Vəlizadə Qarabağda baş verənlərdən danışarkən deyib.

İ. Vəlizadə bildirib ki, aprelin 28-i saat 18:00-dan etibarən azərbaycanlı fəalların Laçın-Xankəndi yolunda aksiyanın müvəqqəti dayandırıldığını elan etməsi də buna əyani sübutdur. Onun sözlərinə görə, nə İrəvandan şikayətlər, nə nüfuzlu ölkələrin rəhbərliyinin müraciətləri, nə də beynəlxalq təşkilatların nümayəndələrinin müraciətləri ekoloji fəalların postunun ləğvi məsələsində Bakının mövqeyini sarsıtmayıb: “Yalnız Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi quraşdırıldıqdan, fəalların aksiyası ilkin aktuallığını itirdikdən və Laçın yoluna nəzarət funksiyaları Azərbaycan sərhədçilərinə keçdikdən sonra postun ləğvi mümkün olub".

İ. Vəlizadə əlavə edib ki, öz mövqeyini nəzərə almadan Bakıya istənilən formada təzyiqin mənası yoxdur:

"Rəsmi İrəvan bir daha başa düşdü ki, öz istəklərinə uyğun yox, reallıq əsasında çıxış etmək lazımdır. Nəzarət məntəqəsinin quraşdırılması isə yeni yaranan reallıq çərçivəsində başqa, çox vacib, lakin yeni bir addımdır”.

Politoloq sonda diqqətə çatdırıb ki, çox yaxın gələcəkdə ölkəmizin bütün ərazilərinin Azərbaycanın nəzarətinə keçməsindən danışacağıq. Bu, 44 günlük müharibənin nəticələrinin məntiqi davamı kimi hadisələrin ardıcıl gedişatıdır.

ELÇİN
Reyting.az




Bölməyə aid digər xəbərlər