12:36 / 14-06-2025
Sabah yağış yağacaq
İsrail Güney Azərbaycan məsələsində fəallaşır
Tarix: 29-04-2023 10:36 | Bölmə: Slayd
İsrail Güney Azərbaycan məsələsində fəallaşır

İsrail parlamentinin 32 üzvü Güney Azərbaycanın müstəqilliyi uğrunda hərəkata beynəlxalq dəstək verilməsi xahişi ilə İsrailin Xarici İşlər Nazirliyinə müraciət edib. Knesset üzvülərinin müraciətində deyilir ki, İran rejimi azərbaycanlılara qarşı kültürəl soyqırım siyasəti yürüdür.

Politoloq Xəqani Cəfərli Reyting.az-a deyib ki, Knesset üzvülərinin müraciəti Güney Azərbaycanda başlamış “Azadlıq, Ədalət, Milli Hökumət” mübarizəsinə ciddi dəstəkdir və buna görə İsrail parlamentinin üzvülərinə, İsrailin Azərbaycandakı səfiri Corc Dikə və bütövülükdə yəhudi xalqına təşəkkür etməliyik.

X. Cəfərli inanır ki, Yaxın Şərqdən Qafqaza kimi çox geniş bir çoğrafiyaya sülhün və rifahın gəlməsini təmin edəcək təməl şərt Azərabaycan və yəhudi xalqlarının dostluğu, İsrail və Azərbaycan dövlətlərinin müttəfiqliyidir.

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər