12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Bölgələrdə sel və daşqın gözlənilir - Xəbərdarlıq
Tarix: 01-05-2023 19:35 | Bölmə: Slayd
Bölgələrdə sel və daşqın gözlənilir

Mayın 2-si Bakıda və Abşeron yarımadasında səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. Reyting.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildiriblər.

Məlumata görə, mayın 1-i axşam, 2-si və 3-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimal edilir.

Rayonlarda isə mayın 4-ü axşamadək ölkə ərazisində qeyri-sabit hava şəraitinin hökm sürəcəyi, arabir yağış yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi bəzi yerlərdə arabir 15-20 m/s olacaq.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.





Bölməyə aid digər xəbərlər