12:36 / 14-06-2025
Sabah yağış yağacaq
İranın casus şəbəkəsinə aid olduğu iddia edilən daha 16 nəfər saxlanılıb - Fotolar
Tarix: 01-05-2023 19:43 | Bölmə: Slayd
İranın casus şəbəkəsinə aid olduğu iddia edilən daha 16 nəfər saxlanılıb

Narkotik vasitələrin satışından maliyyələşərək Azərbaycanda dini radikalizmin təbliğinə və digər pozuculuq fəaliyyətinə cəlb edilən şəxslər saxlanılıblar.

Reyting.az
-ın xəbərinə görə, polis əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat zamanı 16 nəfər tutularaq istintaqa təhvil verilib.

Saxlanılan şəxslər dini anlayışı olmayan narkotik aludəçilərini başqa-başqa şəxslərin əli ilə yardım adı altında əməkdaşlığa cəlb edərək narkotik vasitələrin satışını təşkil etməklə “kərimə dövləti”nin əlaqələrini dərinləşdirməyə çalışıblar.

Əsasən İrandan idarə edilən dini-siyasi mərkəzlərin tapşırıqlarını yerinə yetirən şəxslərin məqsədi narkotik aludəçilərini, xurafata meylli şəxsləri öz çirkin niyyətlərinə alət etmək olub.

Polis tərəfindən ifşa olunan növbəti şəbəkə üzvlərinin əlaqələri, onların pozuculuq fəaliyyəti haqqında sosial şəbəkə hesablarında xeyli inkarolunmaz faktlar var.

Həmin şəxslər radikal əməllərini heç vaxt inkar etməyiblər, vətəndaşı olduqları ölkənin qanunlarına yox, özlərinə lider hesab etdikləri “ağanın qaydaları”na uyğun həyat tərzi sürüblər.





Bölməyə aid digər xəbərlər