12:36 / 14-06-2025
Sabah yağış yağacaq
İran və Rusiyanın Cənubi Qafqazda mövqeləri zəfləyir
Tarix: 02-05-2023 09:53 | Bölmə: Slayd
İran və Rusiyanın Cənubi Qafqazda mövqeləri zəfləyir

Dünən ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilib. Görüşdən sonra Dövlət Departamentindən bildiriblər ki, Azərbaycan və Ermənistan arasında birbaşa dialoq Cənubi Qafqazda sülhün açarıdır və Blinken bu istiqamətdə çox məşğul olur.

Məsələni Reyting.az-a şərh edən Milli Məclisin üzvü, politoloq Rasim Musabəyov deyib ki, bu yaxınlarda Pekin də İran və Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşmasına vasitəçilik edərək buna nail olub. Bu isə ABŞ və İsrail üçün gözlənilməzdir.

Musabəyov əlavə edib ki, indi Vaşinqtonun eyni şəkildə, Ermənistan və Azərbaycanla yaxından işləməsi Tehranın Cənubi Qafqazda təsirinin artmasına mane olur, eyni zamanda Azərbaycan və Ermənistan arasında münaqişədən sonra nizamlanmaya yardım edir.

Musabəyovun fikrincə, ABŞ-ın Azərbaycan və Ermənistan arasında vasitəçiliyinin uğuru Kremlin də postsovet məkanında təsirinin azaldığını göstərir.

ELÇİN




Bölməyə aid digər xəbərlər