12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Putin Azərbaycan və Ermənistana mesaj verir
Tarix: 03-05-2023 09:21 | Bölmə: Slayd
Putin Azərbaycan və Ermənistana mesaj verir

"Rusiya prezidenti Vladimir Putin sözçüsü Dmitri Peskov vasitəsilə Azərbaycana və Ermənistana xəbərdarlıq mesajı göndərib: “Qarabağla bağlı vəziyyətin həlli üçün Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli bəyanatların alternativi yoxdur”. Yəni problemlərin həlli və gərginliyin azaldılması ancaq üçtərəfli sənədlər əsasında mümkündür".

Reyting.az
xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

E. Şahinoğlunun fikrincə, V. Putin bu mesajı ilə demək istəyir ki, Bakı və İrəvan Vaşinqtonun və ya Brüsselin vasitəçiliyi ilə sülh sazişi imzalamamalıdır.

Politoloq qeyd edib ki, Kreml ABŞ-ın vasitəçiliyi ilə Vaşinqtonda xarici işlər nazirlərinin üçtərəfli görüşündən və müzakirələrindən narahatdır. “Ancaq Kreml məsələləri qarışdırır. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci ilin 10 noyabrında imzaladıqları üçtərəfli bəyanat Qarabağla bağlı məsələləri tənzimləyir. Vaşinqtonun hazırki vasitəçiliyinin isə Qarabağa dəxli yoxdur, əsas məqsəd Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasıdır. Rusiya bu prosesə ona görə mane olmaq istəyir ki, sülh sazişi Vaşinqtonun vasitəçiliyi ilə imzalanarsa, Rusiyanın Cənubi Qafqaza təsir imkanları daha da azalacaq",- deyə E. Şahinoğlu əlavə edib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər