12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Kim daha çox itki verir: Rusiya, yoxsa Ukrayna?
Tarix: 03-05-2023 09:33 | Bölmə: Slayd
Kim daha çox itki verir: Rusiya, yoxsa Ukrayna?

Rusiyanın 24 fevral 2022-ci ildə Ukraynaya qarşı başladığı müharibədə Moskva ilə Vaşinqton arasında “Hansı tərəf daha çox əsgər itirir”, - mübahisəsi davam edir.

Reyting.az
xatırladır ki, Ağ evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi 2023-cü ilin ilk aylarında Baxmut cəbhəsi də başda olmaqla, Rusiyanın 20 min əsgərini itirdiyini, 80 min əsgərinin isə yaralandığını və bir daha döyüşə bilməyəcəyini iddia edib.

Bir neçə saat sonra Rusiya tərəfi bu açıqlamaya cavab verib. Rusiyanın müdafiə naziri Sergey Şoyqu Moskvada keçirilən komandirlər toplantısında deyib:

“Rusiya Silahlı Qüvvələri Qərb ölkələrinin görünməmiş hərbi yardımına baxmayaraq, hər gün Ukrayna ordusuna ciddi itkilər yaşadır. Təkcə aprel ayında Ukrayna 15 mindən çox əsgərini itirib. Bu rəqəm daha da artacaq”.

Ukrayna Müdafiə Nazirliyi isə müharibənin əvvəlindən bu yana Rusiya ordusunun Ukraynanın müxtəlif cəbhələrindəki itkilərini aylara və günlərə bölmədən yaymaqda davam edir. Ukraynanın məlumatına görə, müharibənin 433-cü günündə rusların 191 420 əsgəri həlak olub.

Rusiyadakı rejim əleyhdarları da ölkədəki məzarları saymaqla öz rəqəmlərini ortaya qoyurlar. Açıq mənbələrdəki bu siyahıyaalmaya görə, müharibədə öldüyü sübut edilən 22.000 adam var.

ELÇİN




Bölməyə aid digər xəbərlər