12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Rusiya-Ukrayna müharibəsi: yaxın günlərdə aktiv faza və əks-hücum başlaya bilər
Tarix: 03-05-2023 18:04 | Bölmə: Slayd
Rusiya-Ukrayna müharibəsi: yaxın günlərdə aktiv faza və əks-hücum başlaya bilər

Ukrayna Silahlı Qüvvələrinin hücumu faktiki olaraq başlayıb və yaxın günlərdə aktiv faza keçə bilər. Reyting.az-ın Rusiya KİV-lərinə istinadla verdiyi məlumata görə, belə bir xəbərdarlıqla çərşənbə günü "Vaqner"in rəhbəri Yevgeni Priqojin çıxış edib.

Rusiyanın muzdlu qrupunun rəhbəri inanır ki, Ukrayna ordusunun hücumu faktiki olaraq başlayıb.

Ukraynanın ən qaynar nöqtələrində döyüşən "Vaqner"-in yaradıcısının fikrincə, Ukrayna aviasiyası çox yüksək fəallıq, eləcə də cəbhənin "perimetri və daxilində ən yüksək aktivlik" vəziyyətindədir.

Qeyd edək ki, aprelin 25-də “The New York Times” Pentaqonun və Amerika kəşfiyyatının internetə sızan məxfi sənədlərinə istinad edərək, Ukrayna qoşunlarının may ayında cənubda əks-hücum əməliyyatı keçirməyi planlaşdırdığını yazıb. Priqojin isə Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatının mayın 15-dən əvvəl başlayacağına əmin olduğunu bildirib.

Y. QACAR




Bölməyə aid digər xəbərlər