12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Kreml Azərbaycan və Ermənistan arasında böyük sülh sazişinə imkan verməyəcək
Tarix: 05-05-2023 09:00 | Bölmə: Slayd
Kreml Azərbaycan və Ermənistan arasında böyük sülh sazişinə imkan verməyəcək

"ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, Azərbaycan və Ermənistan davamlı sülh sazişinə doğru ciddi irəliləyiş əldə edib. Azərbaycanla Ermənistan arasında sülh əldə oluna bilər, amma belə danışıqların final mərhələsi həmişə çox çətin olur”.

Reyting.az
xəbər verir ki, bunu REAL Partiyasının funksioneri Natiq Cəfərli deyib.

N. Cəfərli əlavə edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Moskvaya gedir, bundan sonra isə Rusiyada Azərbaycan və Ermənistan XİN başçıları görüşəcək.

O, bildirib ki, iyun ayının 1-də Moldovada Avropa ölkələrinin növbəti forumu keçiriləcək:

"Azərbaycan prezidenti Əliyev və Ermənistan baş naziri Paşinyan həmin tədbirdə iştirak edəcəklər. Mümkündür ki, həmin görüşdə çərçivə sazişi, hansısa mətn imzalansın".

Bununla belə Cəfərli ehtimal edir ki, ruslar prosesə mane olacaq: "Kreml böyük sülh sazişinə imkan verməyəcək, bu, açıq görünür. Coğrafiyamız taleyimizdir - məhz buna görə də daha güclü, rifah içində olan azad dövlət qurmaq boynumuzun borcu, varolma məsələmizdir".

Onu da qeyd edək ki, ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün nəticəsinə nikbin yanaşır və davamlı sülh sazişi istiqamətində nəzərəçarpacaq irəliləyişin əldə edildiyini düşünür.

E. KAMAL




Bölməyə aid digər xəbərlər