12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Kissincer: “Çinin sayəsində Ukrayna ilə bağlı danışıqlar başlayacaq”
Tarix: 08-05-2023 00:45 | Bölmə: Slayd
Kissincer: “Çinin sayəsində Ukrayna ilə bağlı danışıqlar başlayacaq”

Ukrayna münaqişəsinin Çinin vasitəçiliyi ilə nizamlanması üzrə danışıqlar bu ilin sonunda başlamalıdır. Reyting.az xarici KİV-lərə istinadla xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer bazar günü CBS telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Ukrayna münaqişəsi dönüş nöqtəsinə yaxınlaşa bilər.

Kissincerin fikrincə, Çin danışıqlar prosesinə girdiyi üçün hər şey öz yerinə düşəcək. “Düşünürəm ki, ilin sonuna kimi danışıqlar prosesindən və hətta real danışıqlardan danışacağıq",- deyə keçmiş dövlət katibi əlavə edib.

Ondan Amerika liderinin xahişi ilə Rusiya prezidenti Vladimir Putinlə danışıqlar üçün Moskvaya getməyə razılıq verib-verməyəcəyini də soruşublar. Ayın sonunda 100 yaşı tamam olan Kissincer "Mən buna meyl edərdim",- cavabını verib.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Moskva heç vaxt danışıqlardan imtina etmir, lakin Ukrayna ətrafında vəziyyətlə bağlı dialoq yalnız Rusiyanın qanuni maraqları və narahatlıqları nəzərə alınarsa, baş tuta bilər.

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər