12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Eldar Namazov: "Üç qarşıdurmanın nəticəsi yeni dünya nizamını yaradacaq"
Tarix: 09-05-2023 10:03 | Bölmə: Slayd
Eldar Namazov: "Üç qarşıdurmanın nəticəsi yeni dünya nizamını yaradacaq"

"Üç münaqişənin nəticəsi yeni dünya nizamını müəyyən edəcək. Avrasiyada hökmranlıq uğrunda mübarizə ənənəvi olaraq qlobal dünya düzəninin konturlarını müəyyən edir".

Bunu Reyting.az-a politoloq Eldar Namazov deyib.

E. Namazov xatırladıb ki, Birinci və İkinci dünya müharibələri, SSRİ-nin dağılması - bütün bu hadisələr Avrasiyada baş verib və planetdə qlobal güc balansını formalaşdırıb. Onun sözlərinə görə, geosiyasi turbulentliyin indiki mərhələsi də istisna deyil.

Namazov əlavə edib ki, ayrı-ayrı ölkələrin münasibətlərində bir çox münaqişə vəziyyətlərinə əlavə olaraq, üç əsas qarşıdurma mərkəzi mövcuddur:

"Burada BMT Təhlükəsizlik Şurasının 5 üzvü, Avropa İttifaqınin bütün üzvləri, NATO, AUCUS, G20-nin 20 üzvündən 17-si və Avrasiya ölkələrinin 80 faizdən çoxu birbaşa və ya dolayısı ilə iştirak edir.

Birincisi Rusiyanın Ukraynaya təcavüzüdür. Bunun nəticəsi Avropanın və Rusiyanın taleyini həll edəcək.

İkincisi İranın nüvə proqramı ilə bağlı münaqişədir. Bu, Yaxın Şərqin taleyini müəyyən edəcək.

Üçüncüsü “Tayvan problemi” ətrafında qarşıdurmadır. Sakit okean teatrının gələcəyi bundan asılıdır”.

E. Namazov diqqətə çatdırıb ki, bu üç əsas qarşıdurma mərkəzinin həlli - sülh yolu və ya tərəflərdən birinin hərbi məğlubiyyəti Avrasiyada nəzarət və ya hökmranlıq formalarını, qlobal güc balansını və çoxdan gözlənilən Yeni Dünya Nizamını müəyyən edəcək.

E. KAMAL




Bölməyə aid digər xəbərlər