12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Vardanyan vəziyyəti yenidən gərginləşdirməyə çalışır
Tarix: 09-05-2023 10:34 | Bölmə: Slayd
Vardanyan vəziyyəti yenidən gərginləşdirməyə çalışır
Ruben Vardanyan

"Offşor fırıldaqçısı və Qarabağdakı separatçı rejimin bəxtsiz keçmiş “dövlət naziri” Ruben Vardanyan mayın 9-da Xankəndi şəhərində “Qələbə bayramı” aksiyası elan etməklə həyat əlamətləri göstərməyə çalışıb. Bu, bütün postsovet məkanında qeyd olunan Böyük Vətən Müharibəsində Qələbə Günü demək deyil. Əksinə, prezident Levon Ter-Petrosyanın Tehranda imzaladığı atəşkəs öhdəliyini pozaraq, 1992-ci ilin may ayında Şuşanın ermənilər tərəfindən zəbt edilməsi ilə bağlı xəyanətin davamıdır".

Bunu Reyting.az-a deputat Rasim Musabəyov deyib.

R. Musabəyov qeyd edib ki, 2020-ci il noyabrın 9-da Azərbaycanın rəşadətli ordusunun Şuşanı işğalçılardan azad etdiyini və bayrağımızın artıq üç ildir burada dalğalandığını nəzərə alsaq, Vardanyanın davranışı onun adekvatlığına şübhələr yaradır.

Musabəyov əlavə edib ki, Vardanyan gənclərə ünvanlanmış müraciətini “...qələbələrimiz qabaqdadır”, - deyə əminliklə yekunlaşdırsa da, ənənəvi olaraq Şuşada keçirilən “Xarıbulbül” festivalının sədaları Vardanyanın istəyinin əhəmiyyətsizliyini göstərir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər