12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Türkiyədə seçkiyə 4 gün qaldı: Ərdoğan, yoxsa Kılıçdaroğlu? - Sorğu
Tarix: 10-05-2023 14:34 | Bölmə: Slayd
Türkiyədə seçkiyə 4 gün qaldı: Ərdoğan, yoxsa Kılıçdaroğlu?

Türkiyədə mayın 14-dəki seçkilərə az qalmış daha bir sorğunun nəticələri açıqlanıb.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu dəfə AREA Araşdırma Mərkəzi 4-8 may tarixi aralığında keçirdiyi sorğunun nəticəsini yayıb.

Aydın olub ki, ilk turda prezidentliyə namizədlərdən heç biri tələb olunan səsi toplayaraq, ölkə başçısı seçilə bilmir.

Digər diqqətçəkən məqam odur ki, Məhərrəm İncə ötən ayla müqaysədə seçkiyə yaxınlaşdıqca, səs itirir.

Mərkəzin sorğusuna görə, ilk turda seçkinin nəticəsi belə olacaq:

- Kamal Kılıçdaroğlu: 49,1 faiz

- Rəcəb Tayyib Ərdoğan: 46,1

Məhərrəm İncə: 1,3.

Anket sorğusuna görə, Kılıçdaroğlu ilə Ərdoğan ikinci turda yarışacaq və nəticələr belə bitəcək:

Kılıçdaroğlu: 52

Ərdoğan: 48.

İddiaya görə, Kamal Kılıçdaroğlu 0.9 faiz səslə qalib olacaq. İkinci turda Kılıçdaroğlunun 50,4 faiz, Ərdoğanın 49,5 faiz səs qazanacağı proqnozlaşdırılır.

E. ARAZ




Bölməyə aid digər xəbərlər