12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Ermənistanın təxribatları cavabsız qalmır: üç hərbçiləri yaralanıb - Yenilənib
Tarix: 11-05-2023 08:44 | Bölmə: Slayd
Ermənistanın təxribatları cavabsız qalmır: üç hərbçiləri yaralanıb

Ermənistan silahlı qüvvələrinin təxribatları davam edir. Mayın 10-u axşam saatlarından başlayan və hazırda eyni istiqamətdən - Basarkeçər rayonu ərazisindən Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan və minaatanlardan atəşə tutulur.

Reyting.az
xəbər verir ki, Ermənistanın təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu ağır yaralandıqdan sonra Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində qarşı tərəfdən iki hərbçi yaralanıb.

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mayın 11-i saat 07:00-a olan məlumatında bildirilib.

***

Onu da qeyd edək ki, Azərbaycanla sərhəddə baş verən hərbi toqquşma zamanı Ermənistan silahlı qüvvələrinin yaralanmış hərbçilərinin sayı artır.


Ermənistan Müdafiə Nazirliyinin son məlumatına görə, yaralanmış hərbçilərinin sayı üç nəfərə çatıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər