12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Paşinyanın manevrləri nəticəsiz qalacaq
Tarix: 12-05-2023 09:37 | Bölmə: Slayd
Paşinyanın manevrləri nəticəsiz qalacaq
Nikol Paşinyan

"Ermənilər Zod kəndi yaxınlığındakı təxribatı Brüssel iclasının gündəmini dəyişmək üçün törədiblər. Məqsəd gündəliyi sülh müqaviləsinin müzakirəsindən yayındırıb sərhəd bölgəsinin təhlükəsizlik məsələlərinə yönəltməkdir".

Bunu Reyting.az-a Milli Məclisin üzvü, politoloq Rasim Musabəyov deyib.

Onun sözlərinə görə, altı aylıq fasilədən sonra, mayın 14-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə Brüsseldə prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyan arasında danışıqlar bərpa olunacaq.

Deputat əlavə edib ki, Ermənistan baş nazirinin təkidli istəklərinin əksinə olaraq, görüşdə Fransa prezidenti Makronun iştirakı gözlənilmir, baxmayaraq ki, bu siyasətçi qeyri-təntənəli vərdişlərə sahibdir və Belçikaya dəvətsiz gələ bilər. Amma bütün hallarda Makronun danışıqlar masası arxasında iştirakından imtina edilir, səhnə arxasında oturmaq isə Fransa prezidenti üçün alçaldıcı görünməlidir.

R. Musabəyov xatırladıb ki, danışıqların gündəliyi əsasən ABŞ Dövlət katibi Blinkenin təşəbbüsü və dəstəyi ilə ABŞ-ın Arlinqton şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında hərtərəfli, 4 günlük dialoqla əvvəlcədən müəyyən edilib. Bu gündəlik davamlı sülhün bərqərar olması ilə Ermənistan-Azərbaycan münasibətlərini normallaşdıran sənəd üzərində işləməyi nəzərdə tutur.

R. Musabəyovun fikrincə, Paşinyan Brüssel danışıqlarının gündəliyini dəyişmək və onu sərhəd zolağında təhlükəsizlik məsələlərinin müzakirəsinə yönəltmək üçün Zod bölgəsində - sərhəd xəttində təxribat törətməkdən başqa çıxış yolu tapmayıb.

Musabəyovun ehtimalına görə, Paşinyan Brüsseldə yenidən tərəflərin silahlı qüvvələrinin sərhəd xəttindən çıxarılması məsələsini irəli sürəcək, Avropa İttifaqının müşahidəçilərinin hazırkı 100 nəfərdən 500 nəfərə qədər artırılmasını xahiş edəcək. Deputatın fikrincə, Paşinyanın səyləri nəticə verməyəcək.

Musabəyov əlavə edib ki, may ayının sonunda Kişinyovda planlaşdırılan görüş qeyri-mümkün ola bilər, hansı ki, həmin görüşdə Fransa prezident Makron və Almaniya kansleri Şultsun da iştirakı gözlənilir.

Deputat sonda qeyd edib ki, Paşinyanın manevrləri çətin ki, ABŞ Dövlət Departamentinin müsbət reaksiyasına səbəb olsun.

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər