12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Avropanın böyük layihəsinə Qafqazı da cəlb etmək istəyirlər
Tarix: 12-05-2023 13:57 | Bölmə: Slayd
Avropanın böyük layihəsinə Qafqazı da cəlb etmək istəyirlər

Avropa İttifaqı Gürcüstanla əlaqəni yaxşılaşdırmaq və Rusiyadan keçən xətlərdən asılılığı azaltmaq üçün Qara dənizin dibi ilə internet xətti çəkməyi planlaşdırır.

Reyting.az
xəbər verir ki, bu barədə “Financial Times” qəzeti Avropa Komissiyasının sənədlərinə istinadla yazıb.

Qeyd olunur ki, qiyməti 45 milyon avro, uzunluğu 1100 kilometr olan kabel Avropa İttifaqına üzv dövlətləri Qara dənizin beynəlxalq suları vasitəsilə Qafqazla birləşdirəcək.

Layihə “regionun Rusiya ərazisindən tranzit keçən yerüstü fiber-optik rabitədən asılılığını” azaldacaq.

“Financial Times” təkliflə tanış olan mənbəyə istinadla bildirir ki, Avropa İttifaqı və Gürcüstan 2021-ci ildə belə bir kabel çəkilişinə ehtiyac olduğunu müəyyən etsələr də, Ukraynadakı münaqişə layihəyə əlavə təkan verib. Amma layihənin həyata keçirilməsinin mümkünlüyü və vaxtı ilə bağlı qeyri-müəyyənlik var.

Nəşrin digər mənbələri bildiriblər ki, “Vodafone” Qara dəniz üzərindən kabel xəttinin çəkilməsi imkanlarını da öyrənir. “Kardessa” adlanan layihə Ukraynanı Bolqarıstan, Türkiyə və Gürcüstanla birləşdirəcək, daha sonra yeraltı yollarla davam edərək Ermənistan və Qazaxıstana, oradan da Asiyaya keçəcək.

Bundan əlavə, Avropa İttifaqı blokun “təchizat təhlükəsizliyini” gücləndirmək məqsədi ilə Macarıstan və Rumıniyanı Gürcüstan və Azərbaycanla birləşdirəcək “Qlobal Gateway” proqramı çərçivəsində Qara dənizin dibi ilə ayrıca elektrik kabeli çəkmək niyyətindədir.

Y. QACAR
Reyting.az





Bölməyə aid digər xəbərlər