08:50 / 15-06-2025
İranın zərbəsindən sonra İsraildə tədqiqat mərkəzi yanıb
00:49 / 15-06-2025
İlham Əliyev Milli Qurtuluş Günü münasibətilə paylaşım edib - Foto
00:16 / 15-06-2025
İranda daha bir general həlak olub
00:07 / 15-06-2025
Bu gün Milli Qurtuluş Günüdür
20:24 / 14-06-2025
Ərdoğan İlham Əliyevə zəng edib
19:00 / 14-06-2025
AZAL uçuşların sayını artırır
18:57 / 14-06-2025
İlham Əliyev krala məktub göndərib
18:19 / 14-06-2025
İranın 20-dən çox komandanı zərərsizləşdririlib
18:07 / 14-06-2025
Lənkəranda yeniyetmə dənizdə boğulub
17:50 / 14-06-2025
Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam olunub
16:01 / 14-06-2025
Ceyhun Bayramov Hakan Fidanla telefonda danışıb
15:09 / 14-06-2025
Azərbaycan və İran XİN başçıları telefonda müzakirə aparıblar
14:29 / 14-06-2025
İranın 9 nüvə alimi öldürülüb - Siyahı
13:32 / 14-06-2025
Hikmət Hacıyev: "Azərbaycan Avropa İttifaqı və Çin arasında vacib birləşdirici tərəfdir"
12:36 / 14-06-2025
Sabah yağış yağacaq
11:49 / 14-06-2025
İranın Baş Qərargah rəisinin iki müavini həlak olub
08:51 / 14-06-2025
Əcnəbilər İrandan Azərbaycana keçərək təxliyə olunur - Fotolar
08:07 / 14-06-2025
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
07:38 / 14-06-2025
Bu gün orta məktəblərdə “Son zəng” çalınacaq
23:40 / 13-06-2025
Putin Pezeşkian və Netanyahu ilə telefon danışıqları aparıb
22:31 / 13-06-2025
İran İsrailə raket hücumuna başlayıb
21:20 / 13-06-2025
Şəmkirdə iki nəfər kanalda batıb
19:03 / 13-06-2025
Müğənninin itkin düşən qardaşı oğlu tapılıb
18:49 / 13-06-2025
“Rəmzi qisas erası bitdi” - Ekspertlər İsrail-İran duelinin aqibətini necə görür?
18:29 / 13-06-2025
“Space” TV-yə xəbərdarlıq ediblər
18:23 / 13-06-2025
ABŞ İranı vurmaq üçün “yaşıl işıq” yandırıb
18:05 / 13-06-2025
Təl-Əvivdə kritik görüş başlayır
18:03 / 13-06-2025
Vilayət Eyvazov Gürcüstan DİN başçısı ilə görüşüb
17:58 / 13-06-2025
90-a yaxın mədəniyyət nümayəndəsi İrandan Azərbaycana gətiriləcək
13:07 / 10-06-2025

16:32 / 10-06-2025

13:40 / 11-06-2025

18:45 / 10-06-2025

11:18 / 10-06-2025

14:57 / 12-06-2025

07:27 / 12-06-2025

08:07 / 14-06-2025

07:17 / 12-06-2025

07:23 / 13-06-2025

21:06 / 11-06-2025

14:35 / 10-06-2025

Zəngəzur dəhlizi... - Bu, Avropa, Türkiyə, Asiya və Çin üçün strateji əhəmiyyətə malikdir
Tarix: 13-05-2023 18:39 | Bölmə: Slayd

Professor Yıldız Bozquş ABŞ-ın ev sahibliyi etdiyi Azərbaycan-Ermənistan danışıqları, bunun ABŞ üçün əhəmiyyəti və qlobal tarazlıqlara mümkün təsirindən danışıb.
Reyting.az-ın məlumatına görə, professor öncə ABŞ-ın bu görüşə vasitəçilik etməklə nəyi hədəflədiyini açıqlayıb.
Yıldız Bozquş deyib ki, 44 günlük Qarabağ müharibəsi ilə Cənubi Qafqazda tarixi mübarizə və hökmranlıq arzusu tamamilə yeni mərhələyə keçib. Çünki bu müharibə zamanı ABŞ-ın kənarda saxlanması, Rusiyanın danışıqlar masası qurması və Türkiyənin Azərbaycana dəstək verməsi regionda bütün tarazlıqların dəyişməsinə səbəb olub.
Rusiyanın liderliyi ilə imzalanan 10 noyabr razılaşmasından da söz açan professor əlavə edib ki, bundan sonra Qərb dünyası və ABŞ regionun aktiv aktoru olmaq üçün mühüm addımlar atıb.
Onun sözlərinə görə, Avropa Birliyi ölkələri bölgədəki gərginliyi azaltmaq üçün yardım çatdırmaq, danışıqları dəstəkləmək və iki ölkənin sərhəd xəttinə müşahidəçi göndərmək qərarı verərək bölgəni Rusiyaya buraxmayacaqları mesajını ünvanlayıblar. ABŞ isə 44 günlük Qarabağ müharibəsindən sonra NATO vasitəsilə Cənubi Qafqaza dair siyasətini davam etdirməyə çalışır, Ukrayna-Rusiya müharibəsi və digər qlobal hadisələrlə Rusiyanı mühasirəyə almaq siyasətini davam etdirir. Y. Bozquşun fikrincə, ABŞ-ın ev sahibliyi etdiyi Azərbaycan-Ermənistan görüşünü bu çərçivədə qiymətləndirmək mümkündür:
“ABŞ-ın ev sahibliyi etdiyi bu görüşü Rusiyanın Ermənistan və Azərbaycana qarşı apardığı danışıqlar prosesinə və 10 noyabr razılaşmasına cavab kimi qiymətləndirmək olar. Digər tərəfdən, Rusiya regionda mümkün danışıqların yalnız onun razılığı ilə reallaşa biləcəyini dəfələrlə bəyan edib. Bütün bunları nəzərə alsaq, ABŞ-ın bu regionda əsas məqsədi Ukraynada olduğu kimi, Cənubi Qafqaz uğrunda Rusiya ilə mübarizəsini davam etdirməkdir. Bu mübarizədə regionun əsas aktorlarının tarixi maraqları ilə yanaşı, Qarabağ müharibəsi zamanı ABŞ və Qərb dünyasının proseslərdən kənarda qalması da mühüm rol oynayır.
Bundan əlavə, ABŞ-ın Ukrayna-Rusiya müharibəsi ilə regionda zəifləyən təsirini artırmaq və uzunmüddətli perspektivdə Cənubi Qafqazda daimi sülhü təmin etməkdənsə, Rusiyanı regionda balanslaşdırmaq istəyi də mühüm rol oynayır.
Digər bir məsələ isə Ukrayna-Rusiya müharibəsi ilə bütün dünyada artan enerji ehtiyacına alternativ həll yollarının axtarışıdır. Bu baxımdan Cənubi Qafqazın həm enerji ehtiyatları, həm də nəqliyyat və ticarət yolları üzərində yerləşməsi strateji mövqeyə malik olduğunu göstərir. Bu vəziyyət regionun qlobal aktorların mübarizə meydanına çevrilməsinə səbəb olan digər amil kimi önə çıxır”.
ABŞ-ın regionda təsirini nə dərəcədə artıra biləcəyinə gəldikdə, Y. Bozquş diqqətə çatdırıb ki, ABŞ Rusiyanın bölgəyə gətirə bilmədiyi daimi sülhü üçtərəfli razılaşmalarla gətirə biləcəyi görüntüsü yaratmağa çalışır: “Ancaq Rusiya arxa bağçası kimi gördüyü bir coğrafiyada geosiyasi gücünün məhdudlaşdırılmasına imkan verməyəcəyi üçün ABŞ-ın bölgədə asanlıqla addım atması mümkün deyil.
Bundan başqa, Çinin “Bir kəmər, bir yol” layihəsinin də bu bölgədən keçməsi və Rusiya ilə Çinin yaxınlaşması ABŞ tərəfindən narahatlıqla qarşılanır.
ABŞ-ın rəhbərliyi ilə üçtərəfli sazişin imzalanması regionda gərginliyin yenidən artmasına səbəb ola bilər. Belə bir razılaşma Rusiya tərəfindən təhdid kimi qəbul ediləcəyi üçün bu, həm də davamlı sülhün bərqərar olmasına əngəl törədəcək. Çünki ABŞ-ın rəhbərlik etdiyi razılaşma həm Rusiyanın bölgədəki hərbi mövcudluğunun, həm də mövcud razılaşmanın etibarlılığının şübhə altına alınması demək olacağından, Rusiya ABŞ-ın bu addımlarına sərt cavab vermək istəyəcək”.
ABŞ-ın NATO üzvü olduğunu xatırladan professor diqqətə çatdırıb ki, Türkiyənin bir ölkə olaraq Ermənistanla münasibətlərinin normallaşmasının ABŞ-ın marağında olacağını proqnozlaşdırır:
“ABŞ NATO-nun Türkiyə vasitəsilə bölgəyə daxil olmasını hədəf seçib. ABŞ Rusiya və İran kimi Cənubi Qafqazda effektivliyini artırmağa çalışır və yeni dövrdə iqtisadiyyat, nəqliyyat və yardım vasitəsilə Cənubi Qafqazda effektiv yol xəritəsini izləməyə çalışacaq”.
Professor qeyd edib ki, ABŞ-ın təşəbbüsü ilə mümkün üçtərəfli razılaşma mexanizminin yaradılması Rusiya, İran və digər qlobal güclər tərəfindən narahatlıqla qarşılanacaq. Çünki qlobal miqyasda baş verən son proseslər Cənubi Qafqaza ciddi təsir göstərir. Məsələn, Rusiya ilə ABŞ arasında siyasi və hərbi gərginlik Ukraynada, Yaxın Şərqdə və Qafqazda özünü göstərir.

Y. Bozquş xatırladıb ki, Ukrayna-Rusiya müharibəsinin ilk günlərində Rusiyanın bir çox ölkələr kimi, Ermənistanla da mühüm fikir ayrılıqları olub. Bunlardan biri də Rusiya prezidenti Putinin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinə Ermənistanın da üzv olmaq istəməsidir.
Professor əlavə olaraq diqqətə çatdırıb ki, Rusiya Qarabağ münaqişəsinin tam həlli üçün lazımi addımları atmayıb, 10 noyabr razılaşmasına tam əməl etməyib, sərhədlərdəki münaqişələrlə bağlı İrəvan Putin administrasiyasını tənqid edir. Bu səbəbdən İrəvan administrasiyası ABŞ və digər aktorlarla, xüsusilə Avropa İttifaqı ölkələri ilə intensiv diplomatik əlaqə saxlayır və İrəvanın əvvəlki kimi, artıq tamamilə Rusiyanın nəzarəti altında hərəkət edə bilməyəcəyinə işarə edir.
“Bundan əlavə, Ermənistanın baş naziri Nikol Paşinyan “Rusiyayönlü və ya qərbyönlü siyasət aparmayacağam”,- deyib. Nəzərə alsaq ki, bəyannamədə mühüm mesaj da var, Ermənistanın yeni dövrdə mövcud problemlərini həll etmək üçün alternativlər axtarışında olduğunu söyləmək olar”,- deyən professorun fikrincə, ABŞ-dan başqa bölgənin tarixi aktorları və qeyri-regional aktyorlar da ön plana çıxır: “Məsələn, Çin və İranın Ermənistan üçün strateji əhəmiyyəti artır. Bu kontekstdə Zəngəzur dəhlizinin açılması tarixi İpək Yolu baxımından marşrut üzərində olan ölkələr üçün ciddi kommersiya potensialına malikdir. Bu dəhliz həm də Asiyanı Avropa ilə birləşdirdiyi üçün nəqliyyat baxımından mühümdür. Bu səbəbdən də Çin hadisələri yaxından izləyir. Bu dəhliz Avropa, Türkiyə, Asiya və Çin üçün strateji əhəmiyyətə malikdir. Amma İran bunu narahatlıqla izləyir, çünki Zəngəzur dəhlizi ilə Azərbaycan-Naxçıvan arasında quru əlaqəsi yaradılacaq. Bu dəhlizin açılması ilə İran geosiyasi əhəmiyyətinin azalacağını proqnozlaşdırır”.
Y. Bozquş sonda diqqətə çatdırıb ki, Azərbaycan-İsrail yaxınlaşması da İran tərəfindən narahatlıqla izlənilir. “İran və Azərbaycanın qarşılıqlı olaraq diplomatlarını “persona non-qrata” elan edərək ölkədən çıxarmaları regionda dinamikanın aktiv olduğunu və iki ölkə arasında gərginliyin davam etdiyinin mühüm göstəricilərdən biridir.
Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi həm geosiyasi, həm də etnik səbəblərdən İran tərəfindən diskomfortla qarşılanır. Bu səbəbdən İran və Çinin təkcə Qafqazda deyil, digər regionlarda və müxtəlif tənliklərdə ABŞ-a qarşı dayanan bir güc kimi önə çıxması Rusiya üçün bir üstünlükdür və ABŞ tərəfindən geosiyasi təhlükə kimi qəbul edilir”, - deyə professor fikrini yekunlaşdırıb.
Y. QACAR
Reyting.az
Bölməyə aid digər xəbərlər

Dünən, 20:24
Ərdoğan İlham Əliyevə zəng edib
Dünən, 14:29
İranın 9 nüvə alimi öldürülüb - Siyahı
Dünən, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 22:31
İran İsrailə raket hücumuna başlayıb
13-06-2025, 17:58
90-a yaxın mədəniyyət nümayəndəsi İrandan Azərbaycana gətiriləcək
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 17:06
Laçın şəhərinin Baş planı təsdiqlənib
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
13-06-2025, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir
4-06-2025, 11:10
Rusiyaya qarşı daha sərt sanksiya hazırlanıb
4-06-2025, 10:13
Azərbaycan və Ermənistanın dövlət komissiyaları arasında görüş olub
4-06-2025, 08:08
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)
3-06-2025, 17:32
Məhkəmələrə hakimlər təyin edilib - (Siyahı)
3-06-2025, 17:26
Dünyanın bir hissəsi su altında qalacaq
3-06-2025, 15:18
Müharibə daha təhlükəli fazaya keçib
3-06-2025, 12:29
Xaricdə yaşayan daha 7 nəfər haqqında həbs qərarı çıxarılıb