12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Rusiyaya qarşı yeni sanksiyalar digər ölkələri də əhatə edəcək
Tarix: 15-05-2023 19:54 | Bölmə: Slayd
Rusiyaya qarşı yeni sanksiyalar digər ölkələri də əhatə edəcək

Rusiyaya yeni sanksiyalar paketi bu dövlətə Ukraynaya qarşı müharibədə kömək edən üçüncü ölkələri də əhatə edəcək. Reyting.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə məlumatı Avropa Komissiyasının sədri Ursula fon der Leyen bu gün təsdiqləyib.

Ursula fon der Leyen deyib ki, Avropa Komissiyasının hazırladığı tədbirlər onun tətbiq etdiyi sanksiyalara ciddi yanaşması və sübutlar olduğu halda üçüncü ölkələrə müəyyən malların ixracını qadağan edə biləcəyinə dair xəbərdarlıqdır.

Komissiya sədrinin sözlərinə görə, Avropa İttifaqında başlayan, Rusiyadan keçən və sonra üçüncü ölkəyə daşımalar arasında uyğunsuzluqlar var. Ona görə də çəkindirici məqsədlər üçün belə bir tranzit qadağasının tətbiqini müzakirə edirlər.

Komissiya rəhbəri bu mexanizmin necə işləyəcəyini dəqiq açıqlamasa da, söhbətin məhdudiyyətlərin zəruriliyini təsdiq edəcək “bir neçə keçid məntəqəsindən” getdiyini bildirib.

Ursula fon der Leyen əlavə edib ki, yeni sanksiyalar paketi Rusiya ərazisindən tranzitinə qadağa qoyulan Avropa İttifaqı mallarının siyahısını genişləndirəcək.

Xatırladaq ki, əvvəllər belə məhdudiyyətlər barədə rəsmi xəbərdarlıq edilməsə də, Avropa İttifaqı təsdiq edib ki, Rusiyanın Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Çin və digər ölkələrdən yarımkeçiricilər və inteqral sxemlər kimi mal idxalı Ukraynada tammiqyaslı müharibə başlayandan bəri kəskin şəkildə artıb.

Onu da qeyd edək ki, Ursula fon der Leyen keçən həftə bildirib ki, yeni sanksiyalar G7 ölkələri ilə "çox yaxın koordinasiyada" hazırlanır və mövcud ticarət məhdudiyyətlərinin qarşısını almaq məqsədi daşıyacaq.

Y. QACAR




Bölməyə aid digər xəbərlər