12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Lavrov: “ABŞ Ermənistana rusları qovmağı tövsiyə edir”
Tarix: 17-05-2023 13:32 | Bölmə: Slayd
Lavrov: “ABŞ Ermənistana rusları qovmağı tövsiyə edir”

ABŞ Ermənistana Rusiyanın hərbi bazasından və sərhədçilərinin yerləşdirilməsindən imtinanı tövsiyə edir, bunun müqabilində təhlükəsizlik təminatı vədini verir.

Reyting.az
-ın xəbərinə görə, bunu Rusiya Xarici işlər naziri Sergey Lavrov bildirib.

S. Lavrov deyib ki, belə bir məlumatları var: “ABŞ və onun müttəfiqləri ermənilərə deyirlər, bizə gəlin, rusları öz ərazinizdən qovun, sərhədçilər də, hərbi bazanı da ölkədən çıxarın. Amerikalılar təhlükəsizliyinizin təmin olunmasına kömək edəcəklər”.

Nazir bunu açıq təxribat hesab edir: “Bu, diplomatiya deyil. Artıq diplomatiya yoxdur, birbaşa almaq, rüşvət var”.

S. Lavrov xatırladıb ki, ABŞ tez-tez müttəfiqlərini tərk edir:

“Biz Qərbin keçmişdə bir növ mərc etdiyi şəxslərlə necə davrandığını görürük. “Ərəb baharı”nın əvvəlində ləyaqətlə istefa verən Misir prezidenti Hüsnü Mübarəkdən əl çəkdilər. ABŞ bu ölkənin 20 illik işğalı zamanı güvəndiyi Əfqanıstan rəhbərliyindən də əl çəkdi”.

Onu da qeyd edək ki, Rusiyanın 102-ci hərbi bazası Ermənistan ərazisindədir. Gümrüdəki hərbi bazanın hava komponenti isə İrəvanda yerləşən Erebuni aviabazasıdır.

Y. QACAR





Bölməyə aid digər xəbərlər