08:50 / 15-06-2025
İranın zərbəsindən sonra İsraildə tədqiqat mərkəzi yanıb
00:49 / 15-06-2025
İlham Əliyev Milli Qurtuluş Günü münasibətilə paylaşım edib - Foto
00:16 / 15-06-2025
İranda daha bir general həlak olub
00:07 / 15-06-2025
Bu gün Milli Qurtuluş Günüdür
20:24 / 14-06-2025
Ərdoğan İlham Əliyevə zəng edib
19:00 / 14-06-2025
AZAL uçuşların sayını artırır
18:57 / 14-06-2025
İlham Əliyev krala məktub göndərib
18:19 / 14-06-2025
İranın 20-dən çox komandanı zərərsizləşdririlib
18:07 / 14-06-2025
Lənkəranda yeniyetmə dənizdə boğulub
17:50 / 14-06-2025
Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam olunub
16:01 / 14-06-2025
Ceyhun Bayramov Hakan Fidanla telefonda danışıb
15:09 / 14-06-2025
Azərbaycan və İran XİN başçıları telefonda müzakirə aparıblar
14:29 / 14-06-2025
İranın 9 nüvə alimi öldürülüb - Siyahı
13:32 / 14-06-2025
Hikmət Hacıyev: "Azərbaycan Avropa İttifaqı və Çin arasında vacib birləşdirici tərəfdir"
12:36 / 14-06-2025
Sabah yağış yağacaq
11:49 / 14-06-2025
İranın Baş Qərargah rəisinin iki müavini həlak olub
08:51 / 14-06-2025
Əcnəbilər İrandan Azərbaycana keçərək təxliyə olunur - Fotolar
08:07 / 14-06-2025
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
07:38 / 14-06-2025
Bu gün orta məktəblərdə “Son zəng” çalınacaq
23:40 / 13-06-2025
Putin Pezeşkian və Netanyahu ilə telefon danışıqları aparıb
22:31 / 13-06-2025
İran İsrailə raket hücumuna başlayıb
21:20 / 13-06-2025
Şəmkirdə iki nəfər kanalda batıb
19:03 / 13-06-2025
Müğənninin itkin düşən qardaşı oğlu tapılıb
18:49 / 13-06-2025
“Rəmzi qisas erası bitdi” - Ekspertlər İsrail-İran duelinin aqibətini necə görür?
18:29 / 13-06-2025
“Space” TV-yə xəbərdarlıq ediblər
18:23 / 13-06-2025
ABŞ İranı vurmaq üçün “yaşıl işıq” yandırıb
18:05 / 13-06-2025
Təl-Əvivdə kritik görüş başlayır
18:03 / 13-06-2025
Vilayət Eyvazov Gürcüstan DİN başçısı ilə görüşüb
17:58 / 13-06-2025
90-a yaxın mədəniyyət nümayəndəsi İrandan Azərbaycana gətiriləcək
13:07 / 10-06-2025

16:32 / 10-06-2025

13:40 / 11-06-2025

18:45 / 10-06-2025

11:18 / 10-06-2025

14:57 / 12-06-2025

07:27 / 12-06-2025

08:07 / 14-06-2025

07:17 / 12-06-2025

07:23 / 13-06-2025

21:06 / 11-06-2025

14:35 / 10-06-2025

Kılıçdaroğlu da istər-istəməz Əliyevi dəstəkləyəcək - İranlı ekspert
Tarix: 17-05-2023 15:17 | Bölmə: Slayd

“İranın Ərdoğanla əməkdaşlığı haqqında danışmağa dəyməz. Bu barədə konkret fikrim yoxdur. Məncə, qonşu ölkədə bir siyasi namizədə başqa namizədlə müqayisədə üstünlük vermək, bir növ, digər namizədlərlə işləmək bacarığının yoxluğundan xəbər verir”.
Reyting.az-ın xəbərinə görə, bunu İranın “Entekhab” saytına Türkiyə məsələləri üzrə ekspert Məhəmməd Əli Dəstmali deyib.
O əlavə edib: “Kılıçdaroğlu ilə işləyə bilməyəcəyimizi görürük. Halbuki Ərdoğan yaxşı regional dost olmayıb. Türkiyə müvəqqəti formada Braziliya ilə İranın xeyrinə işlədi və sanksiyalardan yan keçmək müzakirəsində də İranla əməkdaşlıq etdi, lakin bu, müvəqqəti bir dövr idi.
Münasibətlərdən asılı olmayaraq, hesab edirəm ki, Türkiyədəki seçkilər İran üçün seçdiyi xarici siyasət sahəsi deyil, daxili siyasətdə bəzi həyati sahələr baxımından çıraq olmalıdır. Türkiyə seçkiləri İran İslam Respublikası rəsmiləri üçün azad və faydalı bir seminar ola bilər”.
M. Dəstmali daha sonra qeyd edib:
“İranın Ərdoğana yarışəffaf dəstəyi və onun qələbəsi üçün bəzi arzular, Ərdoğanın son 2 ildəki fəaliyyətini nəzərə alsaq, aydın deyil. Rəcəb Tayyib Ərdoğan Rusiya ilə yanaşı, tarixi rəqabətdə İrandan yan keçdiyi halda, niyə bəziləri onu dəstəkləyir? Digər tərəfdən, zahirdə Suriyadan çəkilmək istəyən, lakin Orta Asiyaya doğru istiqamətlənən Kılıçdaroğluna ümid etmək də boş xülyadır”.
Analitik İranın Türkiyə seçkilərinə “siyasi müdaxiləsi”ni düzgün saymır: “Hazırkı prezident və parlament seçkiləri İranın bölgədəki ən mühüm rəqibinin seçkiləri necə keçirdiyini, ölkənin partiyalarının necə işlədiyini, siyasi quruluşda xalqın iradəsinin nə qədər önəmli olduğunu göstərdi. İran bütün münasibətini marjinal, şəxsi, Ərdoğan və s. mövzularda Türkiyənin siyasi inkişaflarına yönəltsə və seçki strukturunu dəyişmək istəməsə, regional siyasi bərabərliklərdə Türkiyədən çox-çox geri qalacaq”.
Ekspert CHP lideri Kamal Kılıçdaroğlunun “iranpərəst” olması fikrini də qəbul etmir:
“Bundan əlavə, bəzilərinin Kılıçdaroğlunun İran üçün qazandığı zəfər xallarına olan inancı ilə bağlı nikbinliyi bölüşmürəm. İnanıram ki, Kılıçdaroğlunun sözləri hər şeydən önəmlidir və Ərdoğanla müqayisədə onun İrana münasibətindəki fərqlilik üçün daha aydın bir sübut göstərir. Kamal Kılıçdaroğlunun İpək Yolu ilə bağlı çıxışında İrandan ikibaşlı söz açılır. Əvvəlcə deyir ki, bu yolu Türkiyədən başlayıb İrandan keçmək istəyir. Başqa yerdə isə Türk dünyasından danışır. Bu, həmin sahədə fəal olan Ərdoğanın işlətdiyi ifadədir.
O, hesab edir ki, İpək Yolu İran vasitəsilə Çinə çatmalıdır! Bu, İranla dostluqdan irəli gəlirmi? Xeyr, o, Mərkəzi Asiya bazarlarına birbaşa çıxış axtarır. Ona görə də düşünürəm ki, Qafqaz və Türk dünyası məsələsi strateji məsələdir və Kılıçdaroğlu Türkiyənin xarici siyasətinin bu sahəsində köklü dəyişikliklər etməyəcək. Onun Əliyevin tərəfini tutmayacağını düşünən bəzi ekspertlərimizin formalaşdırdığı fikirlər yanlışdır. Çünki Azərbaycan qazının İtaliyaya ötürülməsi ikitərəfli sövdələşmədir və gələcəkdə Orta Asiya qazı da bu yolla tədarük olunacaq və əsasən bu sövdələşmə prezidentin kim olması məsələsindən kənardır”.
Türkiyə məsələləri üzrə mütəxəssis sonda Türkiyədəki prezident seçkisinin İran üçün faydalarından söz açıb: “Mən bu suala daxili dürüstlüyümlə cavab verirəm. İrana ümumi xeyri odur ki, öz xarici siyasətini dünya və iqtisadi məsələlərlə real və öz mənafelərinə uyğun şəkildə həll etsin. Yaxın Şərqdə nəhəng dəyişikliklər baş verir. Qətər, Küveyt, Türkiyə, Səudiyyə Ərəbistanı və BƏƏ mühüm siyasi dəyişikliklər yolundadır və bu bölgəyə özümüzlə baxsaq, özümüzə sual verməliyik. Bir PUA-nın obyektivi ilə baxmalıyıq: taleyimiz Əfqanıstan kimi olmalı, yoxsa Türkiyəyə oxşamalıyıq?
Şərqdəki qonşu (Əfqanıstan-red.) durğunluq və ətalətdədir, qərbdəki qonşu (Türkiyə-red.) xarici, iqtisadi və daxili siyasətin inkişafındadır. Hansı istiqamətə getməyimizə biz qərar verməliyik. İnfrastrukturumuz aktiv iqtisadi fəaliyyətə hazırdırmı? Beynəlxalq münasibətlər sahəsində problemlərimizi necə həll edirik? Bu, “hamı ilə münasibətimiz yaxşı olsuna” xidmət edir, yoxsa yox?
Bunlar Türkiyədə kimin prezident seçilməsindən daha vacib suallardır. Əgər bəşər tarixinin ən müdrik, ən bilikli və Allaha pənah aparan adamlarından biri Türkiyənin prezidenti olarsa, amma onunla iş görmək üçün lazımi infrastrukturumuz yoxdursa, bunun bizim üçün heç bir fərqi yoxdur. Ancaq tutalım, bizə düşmən və yanlış adam Türkiyənin prezidentidir, digər tərəfdən də İranda yaxşı demokratiya şəraiti varsa, Türkiyə prezidenti kim olursa-olsun, İrana problem yarada bilməz”.
Y. QACAR
Reyting.az
Bölməyə aid digər xəbərlər

Dünən, 20:24
Ərdoğan İlham Əliyevə zəng edib
Dünən, 14:29
İranın 9 nüvə alimi öldürülüb - Siyahı
Dünən, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 22:31
İran İsrailə raket hücumuna başlayıb
13-06-2025, 17:58
90-a yaxın mədəniyyət nümayəndəsi İrandan Azərbaycana gətiriləcək
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 17:06
Laçın şəhərinin Baş planı təsdiqlənib
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
13-06-2025, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir
4-06-2025, 11:10
Rusiyaya qarşı daha sərt sanksiya hazırlanıb
4-06-2025, 10:13
Azərbaycan və Ermənistanın dövlət komissiyaları arasında görüş olub
4-06-2025, 08:08
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)
3-06-2025, 17:32
Məhkəmələrə hakimlər təyin edilib - (Siyahı)
3-06-2025, 17:26
Dünyanın bir hissəsi su altında qalacaq
3-06-2025, 15:18
Müharibə daha təhlükəli fazaya keçib
3-06-2025, 12:29
Xaricdə yaşayan daha 7 nəfər haqqında həbs qərarı çıxarılıb