12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Ermənistan Azərbaycana qarşı döyüş PUA-ları tətbiq edib - Fotolar
Tarix: 18-05-2023 09:11 | Bölmə: Slayd
Ermənistan Azərbaycana qarşı döyüş PUA-ları tətbiq edib

Mayın 18-i saat 07:15 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqeyinə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən döyüş PUA-ları tətbiq edilib.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.

Əraziyə baxış keçirilərkən ermənilərin PUA-lar vasitəsilə atdığı kustar üsulla hazırlanmış əldəqayırma mərmilərin qalıqları aşkar edilib.

Azərbaycan Ordusunun bölmələri itki verməyib, cavab tədbirləri görülür.

Müdafiə Nazirliyi bəyan edir ki, bölgədə yaranan gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.










Bölməyə aid digər xəbərlər