16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Azərbaycan və Ermənistan bir-birinin ərazi sərhədlərini tanımaq barədə razılığa gəliblər
Tarix: 25-05-2023 18:57 | Bölmə: Siyasət
Azərbaycan və Ermənistan bir-birinin ərazi sərhədlərini tanımaq barədə razılığa gəliblər

Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi sərhədlərini tanımaq barədə razılığa gəliblər. Reyting.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Nikol Paşinyan deyib: “Təsdiq etmək istəyirəm ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı razılığa gəliblər və bu əsasda biz münasibətlərimizin nizamlanması istiqamətində kifayət qədər yaxşı irəlilədiyimizi deyə bilərik”.

Baş nazir həmçinin bildirib ki, Bakı ilə Xankəndi arasında Qarabağdakı erməni əhalinin hüquq və təhlükəsizliyinin təmin edilməsi məsələsi ilə bağlı konstruktiv dialoqa ümid edir.

Bundan əvvəl Paşinyan qeyd edib ki, İrəvan dövlətlərin suverenliyi çərçivəsində bütün nəqliyyat və iqtisadi dəhlizləri, eləcə də regional kommunikasiyaları açmağa hazırdır.

Onu da qeyd edək ki, bu gün Moskvada, Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycanın dövlət başçısı İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli görüş keçiriləcək.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}