08:34 / 25-12-2024
Ottava Pekinə etiraz edir
Türkiyə polisi azərbaycanlı reperi yenidən saxlayıb
Tarix: 05-07-2023 16:24 | Bölmə: Şou-biznes
Türkiyə polisi azərbaycanlı reperi yenidən saxlayıb

Azərbaycanlı reper Asya Əlizadə kliplərində narkotik vasitələrin təbliğatında şübhəli bilinərək mayda Türkiyədə saxlanılıb və daha sonra sərbəst buraxılmışdı.

Reyting.az
axşam.az-a istinadla xəbər verir ki, ifaçı ilə bağlı İstanbul Anadolu Baş Prokurorluğu tərəfindən kliplərində narkotik istifadəsini təşviq etmə iddiası ilə istindaq başladılıb. İş çərivəsində İstanbul Polis İdarəsinin Narkotiklə mübarizə şöbəsi Əlizadənin kliplərini analiz etməyə başlayıb.

Asyanın kliplərindən birində "narkotik kimi" ifadəsini işlətdiyi ortaya çıxıb. Polislər saxlanılma qərarı verilən Asyanı Ataşehir səmtindəki evindən nəzarətə alıblar. Əlizadə ifadə verdikdən sonra sərbəst buraxılıb. Daha sonra Asya xarici vətəndaş olduğu üçün ölkəsinə göndərilmək qərarı ilə göndəri mərkəzinə təslim edilib.

Amma ifaçı lazımlı imzaları atmaq üçün polis idarəsinə getməyib. Bu səhər isə polislər onu yenidən Ataşehirdəki evində nəzarətə alıblar. Onun polis idarəsindəki sənəd işləri tamamlandıqdan sonra ölkəsinə göndərilməsi üçün miqrasiya idarəsinə təhvil veriləcəyi bildirilib.




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər