Məşhur müğənni dünyasını dəyişib
Tarix: 07-07-2023 09:10 | Bölmə: Şou-biznes
Məşhur müğənni dünyasını dəyişib

Kanadalı müğənni-bəstəkar Martin Stivens (əsl adı Rocer Pryudom) vəfat edib.

69 yaşında dünyasını dəyişən ifaçının ölüm səbəbi açıqlanmır.

Qeyd edək ki, Martin 1978-ci ildə həmkarı Con Pol Yanqın "Love Is in the Air" istisna olmaqla fransız dilində mahnılardan ibarət debüt albomunu buraxıb. Mahnı ona 1979-cu ildə Juno Mükafatına "Ən yaxşı satılan sinqle" kateqoriyasında nominasiya qazandırıb.

O, "İlin kişi vokalisti" və "İlin diskoteka albomu" kateqoriyalarında "ADISQ" mükafatlarına namizəd olub.(Axşam.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}