"Avroviziya" namizədlərimizin müsabiqə mahnısı internetə sızdırılıb - Videolar
Tarix: 28-02-2024 15:31 | Bölmə: Şou-biznes
"Avroviziya" namizədlərimizin müsabiqə mahnısı internetə sızdırılıb

Bu il 68-ci "Avroviziya" mahnı müsabiqəsi İsveçin Malmö şəhərində keçiriləcək.

Reyting.az
xəbər verir ki, yarışmaya qatılan bir çox ölkə təmsilçisinin adını açıqlayıb. Azərbaycandan isə yarışmaya kimin gedəcəyi hələ bəlli deyil.

Hazırda AISEL, Emi Lia, trio İlkin Dövlətov, Etibar Əsədli və Mila Mayles, Fahree, Səbinə Quluzadə, Qorqud Azərbaycanı təmsil etmək uğrunda mübarizə aparır. Seçim mərhələsində sənətçilər Malmödəki müsabiqədə ifa edəcəkləri mahnıları oxuyublar. Bir neçə gün əvvəl isə mahnılardan ikisi sosial şəbəkədə yayılıb.



Axşam.az-ın məlumatına görə, onlardan biri İlkin, Etibar və Mila cütlüyünün "İnsanlar" adlı mahnısı olub. Digər ifa isə AISEL-in "Game Of Chess" mahnısıdır. Video milli seçmə mərhələsində çıxışlar zamanı lentə alınıb.

Videoların sosial şəbəkəyə necə sızdırıldığı isə bəlli deyil.

Qeyd edək ki, bu il yarışma İsveçin Malmö şəhərində keçiriləcək. Birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final isə 11 may 2024-cü ildə planlaşdırılıb.






Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər