13:14 / 16-04-2025
Rusiya Kimin ümidinə qalıb
13:01 / 16-04-2025
Sabah yağış yağacaq
Aparıcıdan həmkarlarına irad: "Hər adama "sənətkar" demək olmaz"
Tarix: 16-04-2025 09:41 | Bölmə: Şou-biznes
Aparıcıdan həmkarlarına irad: "Hər adama "sənətkar" demək olmaz"

Aparıcı Saleh Bağırov "Söhbət var" verilişində qonaq olub.

Aparıcı tədbirlərdə sənətçiləri düzgün təqdim etməyən həmkarlarını qınayıb.

"Hazırda bizdə təqdimatlar bərbad vəziyyətdədir. Müəyyən titullar var ki, onları çox ucuzlaşdırmışıq. Hər adama "sənətkar", "istedad" demək olmaz. Bunlar çox qorxulu sözlərdir, onlara ehtiyatla yanaşmaq lazımdır. Mən kimisi təqdim edəndə, baxıram və o adamın haqq etdiyi sözləri səsləndiirm. O, bunu haqq edirsə, bunu cəsarətlə deyəcəyəm. Yaxşı bir ifaçıdırsa, onu ad və soyadı ilə təqdim etmək kifayətdir. Abartılmış frazalar o adama xələl gətirmir, amma səni hörmətdən salır. Sənə baxan deyəcək ki, nə edirsən, kimi necə təqdim edirsən. İnsanlar hər şeyi gözəl bilirlər. Bunun üçün aparıcı üzərində işləməlidir", - deyə, Saleh bildirib(Milli.az)




Bölməyə aid digər xəbərlər
13-04-2025, 19:37 Firuzə İbadova yıxılıb
17-03-2025, 15:19 Müğənni həbs edilib