13:09 / 25-10-2025
Sabah yağış yağacaq
19:45 / 24-10-2025
Anar Əsədli həbs olunub
Maliyyə Nazirliyi: pensiya sisteminin maliyyə dayanıqlılığında hər hansı risk yoxdur
Tarix: 17-10-2025 14:47 | Bölmə: İqtisadiyyat
Maliyyə Nazirliyi: pensiya sisteminin maliyyə dayanıqlılığında hər hansı risk yoxdur

"Azərbaycanın pensiya sisteminin maliyyə dayanıqlılığında hər hansı risk yoxdur"

Reyting.az
xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi açıqlama yayyıb.

Açıqlamada bildirilib ki, ənənəvi olaraq hər il olduğu kimi bu il də qurum fiskal orqan olaraq ölkənin ortamüddətli və uzunmüddətli dövrdə qarşılaşacağı müxtəlif sosial-iqtisadi, humanitar və fiskal riskləri öz təhlillərinə daxil edir və bu risklərin uzunmüddətli perspektivdə qarşısının alınması üçün baxışlarını təqdim edir.

Nazirliyin dərc etdiyi "Ortamüddətli Xərclər Çərçivəsi" sənədinin orta və uzunmüddətli risklərin qiymətləndirilməsi bölməsində qeyd edildiyi kimi, hazırda ölkəmizdə ortamüddətli dövrdə fiskal dayanıqlıq, o cümlədən pensiya sisteminin maliyyə dayanıqlılığında vəziyyət qənaətbəxşdir və hər hansı risk əlamətləri müşahidə olunmur: ""Ortamüddətli Xərclər Çərçivəsi" sənədinin əhatə etdiyi 2026-2029-cu illərdə hökumətin qarşısında duran əsas və prioritet vəzifələrdən biri ölkə əhalisinin sosial rifahının yüksəldilməsi və həyat keyfiyyətinin davamlı şəkildə yaxşılaşdırılması olacaq və bu məsələ daimi nəzarətdə qalacaq".




Bölməyə aid digər xəbərlər