Məşhur vəkilin evi qarət olunub
Tarix: 22-10-2025 10:24 | Bölmə: Xəbərlər
Məşhur vəkilin evi qarət olunub

Tanınmış vəkil Bəhruz Bayramovun mənzili qarət olunub.

Bu barədə Gununsesi.info-ya vəkilin özü deyib.

Bəhruz Bayramovun sözlərinə görə, Bakının Binəqədi Rayonu Rəsulzadə qəsəbəsindəki həyət evinə girən oğrular mənzildən əsas əşyaları aparıblar:”Televizor, xalçalar, kombi, qab-qabacaqlar, bahalı suvenerlər və sair məişət əşyalarını aparıblar. Mənə ən çox təsir edən mərhum anamın yadigarı olan qədimi xalça idi”.

Bəhruz Bayramov bildirib ki, hadisə yerinə polis çağırılıb:”İki saata yaxın araşdırma apardılar. Ekspert də gəlmişdi, əl-ayaq izləri götürdülər. İstintaq hərəkətləri apardılar. İnanıram ki, polis bu cinayətin üstünü açacaq”.





Bölməyə aid digər xəbərlər