15:57 / 22-12-2024
"Sabah" "Şamaxı"ya uduzub
Məleykə Əsədova: “Əsl kişilərin sayı azalıb”
Tarix: 14-09-2019 09:30 | Bölmə: Şou-biznes
Məleykə Əsədova: “Əsl kişilərin sayı azalıb”

"Tək qadınam, hər şey üstümdədir. Çox istəyərdim bağım olsun, amma baxa bilmirəm. Bunun üçün kişi olmalıdır. Təklik məni bezdirmir, qızımla yaşayıram".

Reyting.az
axşam.az-a istinadla xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova "Bağ mövsümü" verilişində deyib. Aktrisa ikinci dəfə ailə qurub-qurmayacağı ilə bağlı sualları da cavablandırıb. Əsədova bildirib ki, qızı Gülərə görə heç vaxt bunu etməyəcək:

"Hərdən deyirsən "kişi kimi qadın". Qadınam, amma kişi qüdrətli qadınam. Kişilərin xətrinə dəyməsin, qadınlarımız daha qeyrətlidir. Əvvəlki zamanla müqayisədə, indi əsl kişilərin sayı azalıb.

Bütün həyatımı övladıma həsr etmişəm. Şükür buna, qızım xoşbəxt olsun, bəsimdir. Heç düşünmürəm ki, ikinci dəfə ailə qurum. Evimdə qız böyüdürəm. Evimə heç qohum olan kişi də gələ bilməz. Gələndə, gərək mən evdə olum".




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər