Sanksiyalar Putinin Çin səfərinə mane ola bilməyib
Tarix: 01-09-2025 07:42 | Bölmə: Dünya
Sanksiyalar Putinin Çin səfərinə mane ola bilməyib

Rusiya lideri Vladimir Putin geniş nümayəndə heyətinin başında onun iştirakı ilə bir neçə böyük tədbirlərin planlaşdırıldığı Çinə gəlib.

Reyting.az
xəbər verir ki, bu barədə “Huffington Post” nəşri məlumat yayıb.

Rusiya Federasiyasına tətbiq edilən çoxlu sayda beynəlxalq sanksiyalar Çin tərəfinin Kreml rəhbərini böyük şərəflə qəbul etməsinə mane olmayıb.

“Çin Avrasiya dövlətlərinin iyirmiyə yaxın başqa liderləri ilə birlikdə böyük təntənə ilə dəvət olunan Rusiya prezidenti Vladimir Putinin ayaqları altına qırmızı xalça sərdi”, - nəşrin müəllifi qəzəblə yazıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər