Avtomobili Rusiya konsulluğunun darvazasına çırpıb
Tarix: 01-09-2025 07:50 | Bölmə: Dünya
Avtomobili Rusiya konsulluğunun darvazasına çırpıb

Naməlum sürücü avtomobilini Rusiyanın Sidneydəki konsulluğunun darvazasına çırpıb.

Reyting.az
“9News”-a istinadla xəbər verir ki, insident zamanı 24 yaşlı polis zabiti əlindən xəsarət alıb.

Telekanalın məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları sürücü ilə danışmaq istəsələr də, o, avtomobili konsulluğun darvazasının üzərinə sürüb. “Bundan sonra 39 yaşlı avstraliyalı həbs edilib. Hazırda o, tibbi yardım əməkdaşları tərəfindən xəstəxanaya yerləşdirilib”, – məlumatda deyilir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər