Məşhur aktrisa onu təhdid edən kuryeri məhkəməyə verib
Tarix: 06-12-2021 15:48 | Bölmə: Şou-biznes
Məşhur aktrisa onu təhdid edən kuryeri məhkəməyə verib

Aktrisa Gonca Vuslater evinə gələn kuryer tərəfindən sosial media üzərindən təcavüzə məruz qalıb.

Reyting.az
xəbər verir ki, aktrisa onu təhdid edən kuryeri ifşa edib. Bildirib ki, kuryer gələndə o, evdə olmayıb. Həmin şəxs paketi qoyub getmək əvəzinə Goncanın şəkillərini şəxsi hesabında paylaşaraq "Evə gəldim yoxsan, epilepsiya olacağam, haradasan?" sözlərini yazıb.

Aktrisa hadisənin ardından şirkətə şikayət ünvanlayıb. Bunun ardından vəziyyət daha da pisləşib. Kuryer bu dəfə "Mən sənin pərəstişkarınam, sən kimsən ki, məni ifşa edirsən?" deyə, onu təhdid etməyə başlayıb.

Gonca qadınların tez-tez yaşadığı bu problemi işıqlandırmaq üçün bu fikirləri dilə gətirib:

"Bu hadisədən sonra anladım ki, bu ölkədə qadın olmaq çox çətindir. Xüsusən də belə vəziyyətlərdə, kim olur olsun. Amma ictimai kimliyi olan insanlar üçün bu daha da təhlükəlidir. Əgər elə biri ilə dava etsəm və ona xəsarət yetirsəm, yenə mən günahkar olacağam. Ona görə təhlükəsizliyim üçün polisə müraciət edib yardım istədim. Əgər o məni izləyirsə, bilsin ki, tək deyiləm. Məhkəmədə görüşərik!"/Axşam.az




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər