Çin eyni anda 15 947 dron qaldırıb - Video
Tarix: 22-10-2025 07:43 | Bölmə: Xəbərlər
Çin eyni anda 15 947 dron qaldırıb

Çinin Hunan əyalətinin Lüyang şəhərində eyni anda havaya qaldırılan 15 947 dron dünyanın ən böyük işıq şousunu nümayiş etdirib. Bu tədbirin təşkilatçılarından biri olan Maykl Li sosial şəbəkə vasitəsilə möhtəşəm görüntüləri paylaşıb və bunu rekord hadisə elan edib.

Reyting.az
-ın məlumatımna görə, dronlar Yer kürəsi, açılan çiçəklər, eyni zamanda, yarpaqları "tökülən" nəhəng ağac fiqurlarını yaradıb.

Təşkilatçılar bildiriblər ki, tədbirə hazırlıq bir neçə ay çəkib və şou zamanı dronların sinxron hərəkətini təmin edə bilən xüsusi idarəetmə sistemindən istifadə olunub.

Bu rekord barəsində rəsmi təsdiq hələ ki, Ginnesin Rekordlar Kitabının saytında yayımlanmasa da, ilkin məlumatlara görə, Çində keçirilən dron şousu bundan əvvəl baş tutan bütün tamaşaları geridə qoymaqla, dünya rekorduna imza atıb.

Yerli və xarici mediaya sızan müxtəlif xəbərlərə görə, artıq təşkilatçılar Çinin bu dron şousu ilə bağlı yekdil qərar da qəbul ediblər.

İddia olunur ki, yaxın günlərdə Ginnesin Rekordları Kitabının saytında Çində keçirilmiş dron şousunun yeni dünya rekordu qırması ilə bağlı rəsmi açıqlama yayılacaq.

Video: My Webpage

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər