Əməkdar artistin ailə qalmaqalı Apellyasiya Məhkəməsində araşdırılacaq
Tarix: 23-12-2021 18:52 | Bölmə: Şou-biznes
Əməkdar artistin ailə qalmaqalı Apellyasiya Məhkəməsində araşdırılacaq

Əməkdar artist Mətanət İsgəndərlinin oğlu Kərim və keçmiş gəlini Canana yenidən hakim qarşısına çıxacaq.

Reyting.az
xəbər verir ki, bu haqda Canana Axşam.az-a açıqlamasında deyib. 3 övladının ondan alınıb ataya verilməsi qərarı ilə razılaşmayan Canana Apellyasiya Məhkəməsinə müraciət edib. O bildirib ki, məhkəmə yanvarın 25-də planlaşdırılıb.

"Yanvarın 26-da ad günümdür. Bəlkə, övladlarımı ala bildim, mənim üçün ən böyük hədiyyə oldu. Yeni vəkil tutmuşam, söz verib ki, uşaqlarım mənə qaytarılacaq. Hakim səbəb göstərdi ki, mənim evim yoxdur, uşaqlar mənimlə qala bilməz. Axı Kərimin də evi yoxdur. Heç işi də yoxdur. Amma mənim biznesim var, həm də dövlət işində çalışıram",- deyə o, əlavə edib.

Qeyd edək ki, oktyabrda Kərimlə Canana boşanıb. Cütlüyün 3 övladı atada qalıb.




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər