Aktrisanın 1 milyonluq zinət əşyaları oğurlanıb
Tarix: 24-12-2021 13:59 | Bölmə: Şou-biznes
Aktrisanın 1 milyonluq zinət əşyaları oğurlanıb

Aktrisa Ayşe Tolqa evinə təmizlik üçün gələn işçi tərəfindən qarət edildiyini açıqlayıb.

Reyting.az
xəbər verir ki, aktrisa itkisinin 1 milyon lirəyə yaxın olduğunu iddia edir.

O, iki ildir evində təmizlik işlərinə baxan H.T. adlı qadını qonşusuna da tövsiyə edib. Bunun ardında onun getdiyi evdə oğurluq etdiyi ortaya çıxıb. Ayşe bu iddiaların ardından zinət əşyalarını saxladığı kassaya baxıb və 1 milyon lirə dəyərində olan aksesuarlarının orada olmadığının fərqinə varıb.

Oğurlanan əşyalar arasında brend saatlar, brilyant üzüklər, boyunbağılar və nağd pul olub. O, hadisə ilə bağlı ölkə prokurorluğuna şikayət edib, məsələ ilə bağlı cinayət işi açılıb.

Qeyd edək ki, Pınar “Seksenler” serialında Gülden obrazını canlandırır.(Axşam.az)




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər