Məhkəmə əməkdar artistin nəvələrini anasına qaytarıb
Tarix: 25-01-2022 15:44 | Bölmə: Şou-biznes
Məhkəmə əməkdar artistin nəvələrini anasına qaytarıb

Əməkdar artist Mətanət İsgəndərlinin oğlu Kərim və keçmiş gəlini Canana (Aynur Həmidova) arasında növbəti məhkəmə prosesi keçirilib.

Reyting.az
-ın məlumatına görə, Apellyasiya Məhkəməsində keçirilən prosesdə üç uşağın (Tuncay, Ruhlan və Mətanət) qəyyumluğunun Cananaya verilməsi barədə qərar qəbul olunub.

Canana övladlarının qəyyumluğunu aldığını təsdiqləyərək, axşam.az-a deyib ki, məhkəmə ədalətli qərar verib:

“Övladlarımın üçünü də mənə verdilər. Vəkilimə də, hakimə də təşəkkür edirəm. Bilmirəm bundan sonra məni növbəti məhkəməyə verəcəklər, ya yox. Sona qədər gedəcəm. Uşaqlarım məndədir, çox sevinirəm. Uşaqlarımı heç kimə verməyəcəm".

Ev probleminə gəldikdə, Canana bildirib ki, uşaqların ev haqqı var, yəqin nənələri verəcək: “İnsafa gələr, evi nəvələrinə verər. Onlar yaxşı şəraitdə yaşamağa öyrəşiblər".

Qeyd edək ki, Kərim və Canana ötən ilin oktyabrında boşanıblar. Üç uşaq anadan alınaraq ataya verilmişdi.




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər