11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Müğənninin həyat yoldaşı həbs edilib - Foto
Tarix: 01-02-2022 12:53 | Bölmə: Şou-biznes
Müğənninin həyat yoldaşı həbs edilib

Müğənni Afət Fərmanqızının bir müddət əvvəl ailə qurduğu Mamed Nanacanov həbs edilib.

Reyting.az
Axşam.az-a istinadla xəbər verir ki, ifaçı bu barədə özü məlumat yayıb. A. Fərmanqızı bildirib ki, buna səbəb onun bir şəxsi təhqir etməsidir:

"Xəzər Rayon Polis İdarəsi səhər saatlarında həyat yoldaşımı saxlayıb. Səbəb kimi Vaqif İsayev adlı şəxsi təhqir etməsi göstərilir. Bu şəxsin həyat yoldaşıma 200 min dollar borcu var. Binanın sahibidir, 7 ildir ona deyir pulu qaytaracam, amma qaytarmır. Həyat yoldaşım da əsəblərinə hakim ola bilməyərək onu təhqir edib. Əgər təhqirə görə adam həbs olunursa, biz müğənniləri gündə onlarla, yüzlərlə təhqir edən var. Niyə onlar həbs olunmur? Dəfələrlə məni təhqir edəni şikayət etmişəm, tapıb gətirilib, bölmədə başa salınıb, deyilib etika qorunmalıdır, olmaz və sərbəst buraxılıb. Mamacanovla həmin insanların fərqi nədir? İş adamıdır deyə saxlamaq lazımdır?

Vaqif İsayevin məndə səsyazısı da var. Deyir ki, canımın qorxusundan mən həbs etdirdim".

Afət əlavə edib ki, həyat yoldaşı Rusiya vətəndaşıdır və orada çalışır.

Qeyd edək ki, M. Nanacanov Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) və 221.3 (xuliqanlıq) maddəsi ilə təqsirləndirilir. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}