Ermənilərin növbəti oğurluğu: Şuşaya həsr olunan mahnı plagiatdır - Videolar
Tarix: 02-02-2022 14:03 | Bölmə: Şou-biznes
Ermənilərin növbəti oğurluğu: Şuşaya həsr olunan mahnı plagiatdır

Tanınmış erməni müğənni Şuşan Petrosyan Azərbaycanın işğaldan azad edilmiş qədim şəhəri Şuşaya mahnı həsr edib.

Reyting.az
-ın məlumatına görə, Ş. Petrosyan ifasını 30 illik işğal müddətində Şuşaya qoyduqları qondarma ad olan “Şuşi” adlandırıb.

Lakin əsas məsələ budur ki, onlar sözügedən mahnını da Azərbaycandan oğurlayıblar. Belə ki, ifanın musiqisi Abbas Əhmədin illər öncə bəstələyib səsləndirdiyi “Ürəyim yanar” mahnısının plagiatıdır.

Şuşanın işğalda olduğu vaxtlardan qalan görüntülər əsasında hazırlanan klip “Youtube” platformasına yerləşdirilib. Söz və musiqisinin isə Anna Bousa məxsus olduğunu yazıblar.(Olay)






Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər