Müğənninin həyat yoldaşı sərbəst buraxılıb - Foto
Tarix: 03-02-2022 11:13 | Bölmə: Şou-biznes
Müğənninin həyat yoldaşı sərbəst buraxılıb

Müğənni Afət Fərmanqızının həyat yoldaşı, hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən Mamed Nanacanov sərbəst buraxılıb.

Reyting.az
xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından bildirilib.

Hazırda onun barəsində olan cinayət işi üzrə istintaq hərəkətləri aparılır.

Müğənni Afət Fərmanqızı APA-ya açıqlamasında bunu təsdiqləyib. Onun sözlərinə görə, həyat yoldaşının Xəzər Rayon Polis İdarəsi tərəfindən saxlanılması ilə bağlı Daxili işlər naziri Vilayət Eyvazova müraciət edib: “Cənab nazir bundan sonra məsələyə baxılması üçün Bakı Şəhər Baş Polis İdarəsinə göstəriş verdi. Hazırda işlə bağlı obyektiv araşdırma aparılır. Diqqət və qayğıyla bağlı cənab nazirə təşəkkür edirəm".

A. Fərmanqızı bu məsələ barədə qeyri-dəqiq məlumatlar dərc edən KİV-dən şikayət edəcəyini də bildirib.

Qeyd edək ki, Mamed Nanacanov vətəndaş Vaqif İsayevə hədə-qorxu gələrək ondan 200 min dollar tələb etməkdə ittiham olunur. O, Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) və 221.3 (xuliqanlıq) maddəsi ilə təqsirləndirilir.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}