Müğənni Nadir Qafarzadə oğlunun biznesinə 40 dollar sərmayə qoyub
Tarix: 07-02-2022 14:07 | Bölmə: Şou-biznes
Müğənni Nadir Qafarzadə oğlunun biznesinə 40 dollar sərmayə qoyub

Müğənni Nadir Qafarzadə oğlu Əziz üçün Rusiya şou-biznesinə xərclədiyi məbləği açıqlayıb.

Sənətçi "Şourum" proqramına açıqlamasında bu haqda danışıb. O bildirib ki, oğlunun arzusunu yerinə yetirib:

"Dedi, burada oxuyan çoxdur. düzdür, Rusiyada da çoxdur, amma özünü orada gördü. Xətrinə dəymədim, dedim, yolu açıq olsun. Hələ 40 min dollar xərclədim. Bunu da bir layihəyə verdik. Mahnı, aranjiman, klip, fotosessiyaya getdi. Oğlumdan yaxşı oxuyanlar var, şansdır. İstəyini ürəyində qoymadım, etdim".

Oğlu Loğmanı yeni evləndirən Nadir baba olmaq arzusundadır:

"İllər əvvəl qızıl əmzik almışam. Heç kim bunu bilmir. Atamdan anamdan görmədiyim qayğını balalarıma yaşatdım: dünyanı gəzirlər, ev, maşın aldım. Hələ övladlarımdan şikayət gəlməyib. Düzgün tərbiyə alıblar. Pis olsalar, onlardan üz döndərərəm"/Axsam.az.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}